Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
10:43
Nişan və kiçik toylara QADAĞA QOYULDU

Yas və toy mərasimlərinin ciddi müzakirə obyekti olduğu, israfçılıq əleyhinə çıxışların tez-tez səsləndirildiyi bu günlərdə Modern.az saytı maraqlı məlumat əldə edib. Belə ki, əldə etdiyimiz məlumatda bildirilir ki, bir-ik gündür Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina esinlər.

Bunu  paytaxtdakı şadlıq evlərinindən birinin adının çəkilməməsini istəyən administratoru bildirib. Qeyri-rəsmi göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan göstərilməyib. 

Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərndən imtina etdikləri söylənilir.

Qeyd edək ki, son vaxtlar şadlıq evləri və restoranlar təkcə kiçik və böyük toy məclislərinin deyil, nişan, ad günləri, hətta elçilik mərasimlərinin keçirldiyi məkanlara çevirilib. Bu məsələdə yalnız həmin obyektlər ittiham olunur, halbuki təmtəraqlı ad günləri, nişan və elçilik mərasimləri düzənləyən bəzi imkanlı azərbaycanlılar da ictimai qınaq obyekti olmalıdırlar.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov modern.az-a deyib ki, ictimai qınağın toy mərasimlərinə də şamil olunmasını istəyir. 

“Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyülər düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla,  işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur.  İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır”.

Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ qaldırıla bilər. 

“Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
296

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
432

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
421

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
414

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
487
Şərhlər
INTIZAR tərəfindən 17-09-2014 06:47:02 tarixində yazıldı
Nişan və kiçik toylara QADAĞA QOYULDU
Lap duz elediler.Tesevvur edin,bu yaxinda coxdan gormediyim bir qohumum zeng edir ve meni xeyir ise devet edir.Men de deyirem: Ay Allah xosbext elesin,kimin xeyir isidi?? Deyir yox ee,evlenen-zad yoxdu,qizim ali mektebe qebul olub,restoranda xudmani(200 neferlik?!) qonaqliq verirem...Bele sey olar,bildiyim qeder sen cox kasib adamsan,hec dexli var instituta girib?? Ailenizde oturub qeyd edin de.Toy kimi meclis kecirdir,qapinin agzina da pul yazan qoyur..Dedim day kecib,ali mektebin rektorun da cagir.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 20:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru