Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2014
09:55
Azərbaycanda toyda döyülən şəxs danışıq qabiliyyətini itirdi

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib.  Hadisə rayonun Hamaraqışlaq kəndində baş verib.

Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Hüseynov Ceyhun Habil oğlu həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub. Belə ki, aralarındakı mübahisəni həll etmək üçün Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyəsinə bir neçə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyəsindəki yaralara tikiş atıblar. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub. Hazırda qismən səhhəti normallaşsa da Ceyhun sərbəst danışa bilmir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aprılır.Publika.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
126

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
150

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 18:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru