Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2014
13:36
`Partiya sədrliyinə namizəd Qubad İbadoğludur, Vüqar Bayramov deyil`

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürən qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən fikirlərə münasibət bildirib.

Bununla bağlı Axar.az-a danışan Vüqar Bayramov deyib ki, hər bir şəxsin fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsinin tərəfdarıdır:

"Təbii ki, Qubad İbadoğlu Azərbaycanın ən yaxşı iqtisadçılarından biridir. Amma nə mənə Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil: hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var. Mən ABŞ-ın Vaşinqton Universitetinin məzunu olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına həmsədr seçilən ilk və yeganə azərbaycanlıyam. Mən Avropa Birliyində ilk komisiya sədri olmuş azərbaycanlı kimi fərqlənmişəm. Başqa tərəfdən, dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilən ilk azərbaycanlı iqtisadçıyam. Əsərlərimin 25 xarici dilə tərcümə olunmasını əlavə etməklə bu siyahını daha da genişləndirmək olar. Bütün bunlar göstərir ki, hər bir şəxsin fərdi olaraq fəaliyyətinə qiymət verilməlidir. Bəzən radikal düşərgədə olanlar mənim pozitiv notlarda olan təhlilimi paylaşıb Musavat Partiyası başqanlığına namizəd qardaşının mövqeyi kimi təqdim etməyə çalışırlar. Amma bilərəkdən unudurlar ki, partiya sədrliyinə namizəd Qubad İbadoğludur, Vüqar Bayramov deyil".

İqtisadçı alim bildirib ki, bir qardaşın müxalifət olub, digərinin müstəqil fəaliyyət göstərməsi tamamilə normaldır:

“Ümumiyyətlə, cəmiyyətdəki mövqe hər bir fərdin fəaliyyətinə uyğun olaraq müəyyənləşir. Bir neçə il öncə Polşada bir qardaş prezident idi, digəri isə müxalifətin əsas füqurlarından biri idi. Və kimsə onları bir-birlərinin qardaşları kimi təqdim etmirdi. Mən iqtisadçıyam və siyasətlə məşğul olmuram, gələcəkdə də siyasi arenada olmaq niyyətim yoxdur. Düşünurəm ki, iqtisadçı kimi fəaliyyətimi davam etdirərək cəmiyyətə daha çox xeyir verə bilərəm. Mənim sədrlik etdiyim mərkəz beynəlxalq qiymətləndirməyə görə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi olaraq Harvard Universitetinin rəsmi katoluquna daxil edlən yeganə Azərbaycan təşkilatıdır. Bu, əslində ölkəmiz üçün qürurverici bir faktdır”.

V.Bayramov bildirib ki, o iqtisadçıların siyasətlə məşğul olmasının tərəfdarı deyil:

"Düşünürəm ki, iqtisadçı müstəqil fəaliyyətlə cəmiyyətə daha çox töhvə verə bilər. Amma bu da fərdi yanaşmadır. Qubad bəy siyasətdə olmaq istəyir və bu onun seçimidir. Mən isə iqtisadçının siyasətlə məşğul olmamasını daha məqsəduyğun hesab edirəm. Bu isə mənim seçimimdir".

İqtisadçı alim beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxunaraq deyib ki, xaricdə Azərbaycanın milli maraqlarının qorunması mənim üçün əsas meyardır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
467

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru