Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2014
16:33
Hacı Şahinə sui-qəsd edənlərin məhkəməsi başladı

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  

Təqsirləndirilən şəxslər Bakıda yerləşən “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlayıblar. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə  etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz  aralarında razılığa gəliblər.  Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən  və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər.  

Onlar Bakı şəhəri, Yasamal  rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev  cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün  Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə Facebook sosial  şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib.  Nəriman Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silhadan istifadə etməklə terroeçuluq törətmə), Mirzəhməd Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.  Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətləri müzakirə edilib. Daha sonra məhkəmə baxışı sentyabrın 9-na təyin olunub. /Teleqraf.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
351

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
491
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 06:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru