Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Avqust

2014
15:55
Toya hazırlaşanların nəzərinə: Milli Məclis qanun hazırlayır

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, toy mərasimləri hansısa formada tənzimlənməlidir və buna ehtiyac var. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, insanlar da toy mərasimlərinin formasının dəyişməsini istəyir: "Bir çox hallarda toyun hansı formada keçirilməsi toy sahibindən asılı olmur. Bu sahədə şadlıq saraylarında çox ciddi problemlər var. Toy sahibi menyu verir, şadlıq sarayı onu qəbul etmir, deyir yox, bizim standart menyumuz var, çünki o standart menyu adı altında onlar hədsiz dərəcədə vətəndaşın şəxsi büdcəsinə ziyan vururlar, lazımsız- yeməklər, köhnə qidalar verirlər. Yəni insanlar öz toylarının menyularını özləri müəyyənləşdirə bilmirlər. Şadlıq evləri insanların menyularını qəbul etmir, insanlar da məcburən bununla razılaşmalı olurlar".

M.İbrahimqızı toyların həddən artıq səs-küylü keçdiyini də diqqətə çatdırıb: "Toy mərasimlərində səs-küy də əsas problemlərdən biridir. Toyda kimləsə danışmaq olmur, mərasimdən çıxandan sonra da başağrısı adamı narahat edir. İstənilən halda bu məsələ də hansısa formada tənzimlənməlidir".

M.İbrahimqızı bu məsələni parlamentdə müzakirəyə çıxarılacağını istisna etmir.
trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 09:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru