Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Avqust

2014
14:09
Dəbdəbəli yas mərasimlərinə qadağa qoyuldu, bəs toylara?

Azərbaycanda uzun illərdir davam edən israfçı yas mərasimlərinə dövlət tərəfindən son qoyuldu. Artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri adətini ləğv etməyə qərar verib.

Qeyd edək ki, yas mərasimləri ilə yanaşı, toylarda da həddindən artıq israfçılığa, təmtərağa yol verilir. Ölkəmizdə toy mərasimləri əvvəllər qədim ənənələrə söykənsə də, son illər üçün bunu demək mümkün deyil. Bugünkü toylar sanki insanların şənlik mərasimi əvəzinə, bir yarış meydanına çevrilib və artıq toylarımız şounu xatırladır. Bəzən evlənən cütlüklər sadə bir mərasim istəsələr də, valideynlərin “qonşudan geri qalmamaq” fikri qalib gəlir. Elçiliklə başlayıb toya qədər davam edən mərasimlər böyük məbləğdə vəsaitin xərclənməsinə başa gəlir. Nəticədə isə bir qrup məhz bu mərasimlər hesabına qazancını artırır. Belə ki, toy mərasimləri hazırda qazanc gətirən bir sahə olduğuna görə, ölkədə şadlıq evlərinin də sayı getdikcə artır. Bu gün hamıya bəllidir ki, toya gələn qonaqlar toy sahibləri üçün müəyyən qədər pul yazdırırlar. Siyahıya yazılan məbləğ əslində yeni evlənənlərə çatmalıdır.

Bu pulla yeni ailə quranlar heç olmasa, öz evləri üçün çatışmayan nələrisə ala və ya bal ayına çıxa bilərlər. Amma belə şəraitdə bu pullar şadlıq sarayının sahibinə verilməli olur. Ən böyük bəla isə toylarda süfrələrdəki israfçılıqdır. Toyda stolun üstünə çeşid-çeşid yeməklər və digər təamlar düzülür və müqayisələr başlayır. Hər kəs öz toyunda digərlərində gördüklərini tətbiq etməyə çalışır. Nəticə isə ortadadır. Hamı toyların bugünkü vəziyyətindən narazıdır. Müzakirəyə gələndə hamı qoşulur. 

Toylara az adamın çağırılması, yeməyin normada verilməsi gündəmə gətirilir. Amma heç kəs dəyişikliyə doğru addımı özü atmaq istəmir. Dünyanın bir çox ölkələrində toylarla bağlı müəyyən qaydalar tərtib edilib. Məsələn, Tacikistanda toy kortejindəki maşınların sayı ilə bağlı rəqəm müəyyənləşdirilib. Toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir. Onu da bildirək ki, toylarda yol verilən israfçılıq, toy sahibinin və ya toya gələnlərin borca düşməsi kimi hallar İslamda bəyənilməyən əməllərdir. Qeyd edilir ki, toyun keçirilməsində məqsəd yeni ailə quran gənclərin bu izdivacını ətrafdakılara elan etmək, onların şad gününə şərik olmaqdır. Ancaq bu gün keçirilən toylarda yol verilən israfçılıq, içki, həddən-ziyadə dəbdəbə İslamın əsas prinsiplərinə ziddir və ona heç bir aidiyyəti yoxdur.

Deputat Zahid Orucun sözlərinə görə, illərdir parlament üzvləri tərəfindən müraciətlər edilir ki, toylarda həm israfçılıq, həm də ən yüksək səviyyədə olan səslərə qarşı ciddi hüquqi vasitələrlə təsir göstərilsin: “Toylarımız zamanında həqiqətən də iki şəxsin izdivacına xidmət edirdi və bu, real xeyir mərasimi idi. Ancaq artıq on illərdir ki, süfrələrə qoyulan yeməklərin təkrar dövriyyəyə qaytarılması, yüksək səs təzyiqləri altında mənəvi ölüm, fiziki əzab və eyni zamanda insanların həmin mərasimlərdən çox böyük ağrı, narahatçılıqla çıxması ilə nəticələnir. Paralel olaraq da toylarda yeməklərin az qala sunamisi səpələnir. Bu yeməklərin sanitar ekoloji tərəfi də var. Hamı bilir ki, bu şəkildə saxlanan yeməklər heç bir halda keyfiyyətli ola bilməz. Çünki tərkib dəyişikliklərinə uğrayacaqdı. Biz heç bir ölkədə bunları görə bilmərik. Bu hal şadlıq evlərinin sanki bir inhisarıdır, biznesidir. Mən çox mötəbər insanlar tanıyıram ki, toy zamanı səslərdən gileyləndikləri halda özləri övladlarının qərarına qarşı çıxa bilməyiblər və öz uşaqlarının toyunda həmin səs, yeməklərin israfçılığı yaşanıb. Həmçinin vətəndaşların sanki bir qınağı baş verir ki, filankəsin toyu çox sakit, yeməklərin azlığı ilə keçdi. Halbuki, məqsəd iki gəncin qovuşmasıdır və insanların da ona xeyir-dua verməsidir. Ona görə də mən toylarımızı son dərəcə yığcam və süni rəqabətdən kənar görmək istəyirəm. Qanun bıçaqlanan ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktdır. 

Toylar təkrarlanan ictimai münasibətdir. Yəni burada qanunun predmeti ola biləcək hadisələr var. Amma bir sıra məsələləri sadəcə hüquqi normalarla deyil, cəmiyyətin öz iradəsinə buraxmaqla yoluna qoymaq mövqeyi tutulur. Ona görə də parlamentdə də belə bir düşüncə hakim kəsilir ki, adamlara hansısa yeməklərin çeşidini illərlə gözlədiyi xeyir mərasiminə çıxartma deyə bir öhdəlik qoyulmasın. Hər kəs bunu fərdi olaraq müəyyənləşdirsin. Ancaq toyların menyüsündən görünür ki, sərt bir qadağa rejimi tətbiq etmək gərəkdir, şadlıq evləri epidemiya kimi məktəbləri və məscidləri üstələməsin. Bu gün cəmiyyətdə öndə olan mövqe sahiblərinin bu cür xeyir mərasimlərinin ciddi, müəyyən bir dar çərçivədə keçirilməsi vasitəsi ilə bu nümunələri yaratmaq lazımdır.

Necə deyərlər, mənəvi mexanizmləri daha da önə çıxarmaq, nəinki, Pyotrın vaxtında olan o şallaq sistemini. Bəzən çox sərt bir şəkildə cəmiyyətin üstünə gedəndə o, əks effekt verir. Buna görə də qanun qəbul olunmadı. Mənfi haldır ki, insanlar dəvətnamə alanda sevinmək hissini artıq itiriblər. Dünyanın hər yerində bu cür mərasimlər daha fərqli, xərcsiz keçirilir. Müsəlman aləmində isə xeyir mərasimləri insanların böyük bir maddi yükünə çevrilir. Ortada isə qazanan üçüncü tərəfdir”./ musavat.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
301

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
432

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
426

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
414

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
487
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 21:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru