Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2014
16:45
Toyda oynamaq üstündə dava düşdü: 5 yaralı - VİDEO

Göyçay şəhərindəki şadlıq saraylarından birində təşkil olunan toy mərasimində kütləvi dava olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, toy mərasimində göyçaylı qızla Qəbələ rayonundan olan oğlanın qohumları arasında yaranan anlaşılmazlıq davaya səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, oynamaq üçün tamada tərəfindən yalnız gəlinin qohumlarının dəvət edilməsini bəyin qohumları özlərinə qarşı saymazlıq sayaraq toyda dava salıblar.

Dava zamanı gəlinin qohumları bəyin xalası oğlu, Qəbələ şəhər sakini 1990-cı il təvəllüdlü Babayev Baba Şərif oğluna, xalası 1963-cü il təvəllüdlü Babayeva Solmaz Müzəffər qızına və onun həyat yoldaşı. 

1961-ci il təvəllüdlü Babayev Musa Zəfər oğluna, eləcə də bəyin yaxınları - 1981-ci il təvəllüdlü Səlimov Ramil Şəfail oğluna, 1989-cu il təvəllüdlü Səlimov Kamil Şəfail oğluna küt alət və yumruqla xəsarət yetiriblər.

Yaralılar əvvəlcə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan onlar Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, toylarda bu kimi davalar tez-tez qeydə alınır. İnsident yaşanan toyların videosunu təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
301

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
447

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
431

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
419

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru