Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2014
11:25
`Dostum toya hazırlaşırdı... ŞƏHİD OLDU...`
"Mənim də oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı"

"Kimisi idmanda qalib gələrək bayrağımızı qaldırır. Kimisi digər sahələrdə uğur qazanaraq bayrağımızı ucaldır. Mənim də oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı".

Bunu Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını dəf edən zaman Azərbaycan Ordusunun şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçusu Əhmədov Qaryağdının Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan atası Eldar Əhmədov deyib.

E.Əhmədovun sözlərinə görə, o fəxr edir ki, oğlu Vətən uğrunda şəhid olaraq ailəsinin adını uca eləyib: "İndi ermənilərin işğal etdikləri yerləri vaxtilə mən qarış-qarış gəzmişəm. Bir ata kimi sağ qalan iki övladımla bir yerdə Vətən yolunda canımızdan keçməyə hazırıq".

Şəhidin silah yoldaşı və dostu, müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu Anar Həsənov bildirib ki, Q.Əhmədov düşmənin snayper gülləsinə tuş gələrək həlak olub. A.Həsənov deyib ki, artıq 5 ildir ki, Qaryağdı ilə Quzanlı qəsəbəsində eyni məhəllədə yaşayırlarmış: "Qaryağdı çox gözəl insan idi. Daim döyüşə can atırdı. Orduya da bu məqsədlə gəlmişdi. Avqustun 1-də torpağa basdırılan gün onun doğum günü idi. Qaryağdının düz 22 yaşı tamam olan gün dəfn olundu. Dostum toya hazırlaşırdı. Cəmi 15 gündən sonra nişanı olacaqdı, amma... şəhid oldu..."

Qeyd edək ki, Qaryağdı Əhmədov iyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən düşmən hücumlarının hücumunu dəf edən zaman şəhid olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru