Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2014
16:19
“Sovetski”də bu günkü söküntü ilə bağlı RƏSMİ münasibət

“Bu gün Bakının Sovetski məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəməyən ailələrin evlərinin sökülməyə başlaması, hətta guya körpə uşaq olan evin buldozerlə sökülməməsi üçün qadınların yalvarması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir, yalandır. Bu xəbərlər bizi də təəccübləndirdi”.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov söyləyib.

S. İslamov bildirib ki, Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Onun sözlərinə görə, Köçürmə Komissiyası ilə imzalanan alqı-satqı müqaviləsindən sonra həmin mənzillərin boşaldılması üçün vətəndaşlara 1 ay vaxt, eyni zamanda hər ay üçün 500 manat olmaqla, iki aylıq kirayə haqqı verilir: “Həftədə iki dəfə Komissiyanın iclası keçirilir, hər iclasda 70-80 mənzilin alqı-satqısı ilə bağlı razılaşdırma protokolu imzalanır. Yəni həftədə 150 mənzilin alqı-satqısı barədə razılaşdırma protokolu imzalanır. Əgər  bu evlər dövlət tərəfindən alınıbsa, paralel olaraq hər həftə alqı-satqısından 1 ay ötmüş evlərin təhvil alınaraq sökülməsini təmin edirik. Bu gün də söküntü işləri aparırdıq, ərazidə Maliyyə Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən asayişi təmin etmək üçün Yasamal Rayon Polis İdarəsinin əməkdaşları vardı. Söküntü işləri Yasamal rayonu N. Nərimanov 168 ünvanında alqı-satqısı aparılmış və köçmə üçün verilmiş 1 aylıq müddəti başa çatmış evlərdə aparıldı. Bu zaman 153 saylı məktəbin qarşında bizə 3 qadın yaxınlaşdı. Həmin qadınların yaşadıqları mənzillərdə ölçü işləri aparılıb, onlarla hələ alqı-satqı barədə razılaşma protokolu imzalanmayıb. Onlar tələb edirdilər ki, mənzillərinin hər 1 kv metri üçün 1500 manat yox, 2500 manat ödənilsin, yoxsa bu gün söküləcək və onlara aidiyyəti olmayan evlərin də sökülməsinə yol verməyəcəklər. Bu insanların yaşadıqları mənzillər söküləcək mənzillərdən 50 metr kənardadır, söküntü işlərinin onların evləri ilə heç bir əlaqəsi yoxdur”.   

S. İslamov deyib ki, həmin şəxslərin nəzərinə bir daha çatdırılıb ki, alqı-satqı könüllü aparılır, hər kvadratmetr üçün ödənilən ən yüksək məbləğ 1500 manatdır, heç kəs üçün müstəsna hal nəzərdə tutulmayıb: “Eyni zamanda bildirildi ki, əgər bu məbləğlə razılaşmırlarsa, əvvəlki qaydada evlərində yaşaya bilərlər. Həm də onlar Komissiyanın gələn həftənin ikinci günü keçiriləcək iclasına dəvət edildi, problemlərini Komissiyanın iclasında qaldırmaq tövsiyə olundu. Nəzərə çatdırıldı ki, Komissiyanın nəzdində fəaliyyət göstərən Hüquqi Yardım Qrupuna da müraciət edə bilərlər”.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır. İndiyə qədər 2200-dən çox ailə evlərini müəyyən edilmiş şərtlərlə satmağa razılaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
665

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
852

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
659
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 02:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru