Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2014
11:56
Cəbhə bölgəsindəki Qapanlı kəndinin camaatı: `Toya hazırlaşırıq`

Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Cəbhə xəttinə ezam olunmuş jurnalist Qapanlı kəndindən xəbər verir ki, əhali yerindədir, kənd gündəlik, adi həyatını yaşayır. Kəndin camaatı yayılan xəbərlərin yalan olduğunu və təxribat xarakteri daşıdığını bildiriblər.

Dünən gecə Rayon İcra Hakimiyyətinin başçısı kənddə olub, əhali ilə görüşüb.

Bu gün isə ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə görüşüb. Z. Rüstəmov deyib ki, əvvəlki günlərə nisbətən ötən gecə sakit keçib. Ötən gecə ciddi gərginlik və düşmənin diversiya-təxribat həmlələrinin qeydə alınmadığını söyləyən Z. Rüstəmov bunu əvvəlki günlər ərzində hücum cəhdlərinin qarşısı alınarkən düşmənin çoxsaylı itki verməsi ilə əlaqələndirib. O, əhalini təşvişə düşməməyə, təxribatçı, yalan məlumatlara uymamağa çağırıb, hərbçilərimizin onların keşiyində ayıq-sayıq dayandıqlarını, vəzifə borclarını layiqincə yerinə yetirdiklərini vurğulayıb.

Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov da bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da, heç kim kəndi tərk etməyib: "Düşmənin postlarımızı, kəndi, əhalini atəşə tutması halları son günlər artsa da, əsgərlərimiz cavab atəşi erməniləri susdurub. Kəndi heç kim tərk etməyib. Hətta toya hazırlaşırıq. Bu günlərdə kənddə iki toy olacaq".

Bələdiyyə sədri Qapanlı kəndinin adi həyatına davam etdiyini də sözlərinə əlavə edib.apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1171
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru