Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2014
17:40
Yeganə haqq söz danışan Səudiyyə Kralını necə susdurdular? (VİDEO)

Ərəb millətçiliyinin repressiyasına tuş gəlmiş müsəlman alimlərinə (Seyyid Qütb və s.) himayədarlıq edən, onlara arxa çıxan, dünyanın müxtəlif guşələrində islam mütəfəkkirləri (Malkolm İks və başqaları) ilə əlaqə saxlayıb onların problemləri ilə yaxından maraqlanan mərhum kral, sözün həqiqi mənasında XX əsr ərəb diktatorlarından fərqlənən şəxs idi. Böyük dövlətlərin "əskisi"nə çevrilməyi rədd edən, müsəlmanların ənənəvi torpaqlarının işğal edilməsinə dözməyən və bu ağrının təsiri ilə sözdə deyil, əməldə özünün göstərən Kral Feysəl təəssüf ki, indiki Səudiyyə rəhbərliyindən çox fərqlənib.

1964-1975-ci illər arasında Səudiyyə Ərəbistanı Krallığının başçısı olmuş Feysəl kral Əbdüləziz Ali-Səudun üçüncü oğlu olub. Anası isə Tərfə bint Abdullah ibn Əbdüllətif Ali-Şeyx idi. 1906-cı ildə ər-Riyad şəhərində anadan olmuş Feysəl anasının valideyinləri Şeyx Abdullah ibn Əbdüllətif Ali-Şeyxin və Həyya bint Əbdürrəhman Ali-Müqbilin evində tərbiyə alıb, onlardan dövrün müxtəlif elmlərini öyrənib. Anasının vəfatından sonra da bu ailədə yaşayan Feysələ atası Kral Əbdüləziz erkən yaşlarından siyasətlə məşğul olmağı öyrədib. Belə ki, o, 13 yaşlı Feysəli Birinci Dünya müharibəsinin başa çatması ilə əlaqədar İngiltərə və Fransada keçirilən müxtəlif konfranslarda iştirak etmək üçün xaricə göndərir. Artıq 1939-cu ildə Feysəl, Fələstin problemi ilə əlaqədar keçirilən və "Dəyirmi masa" adı ilə məşhur olan "London" konfransında iştirak edən Səudiyyə nümayəndə heyətinin başçısı olur. Eləcə də o, 1945-ci ildə "San-Fransisko" konfransında "Çarter" müqaviləsini imzalayan Səudiyyə nümayəndə heyətinin başçısı rolunda iştirak edir.

Ölkə müstəvisində isə Feysəl 1922-ci ildə Əsir bölgəsindəki gərgin vəziyyətin aradan qaldırıması üçün Səudiyyə ordusuna komandanlıq edir. Sonralar – 1934-cü ildə isə Feysəl Səudiyyə-Yəmən müharibəsinin iştirakçısı olur. Atasının hakimiyyəti dövründə bir çox vəzifəyə təyin edilən Feysəl 1926-cı ildə Hicazın naibi, 1927-ci ildə isə Şura Məclisinin sədri seçilir. 1932-ci ildə Xarici İşlər naziri vəzifəsinə çəkilən Feysəl bu vəzifədə 1975-ci ilə qədər qalır.

BMT-nin Fələstin ərazisində iki dövlətin qurulması ilə əlaqədar çıxardığı qərardan sonra Feysəl atasından ABŞ-la diplomatik əlaqələri kəsməyi tələb etsə də buna nail ola bilmir. Qüds şəhərini ilk dəfə 1965-ci ildə ziyarət edən Kral Feysəl buraya onun sionistlərdən azad edildikdən sonra ikinci dəfə ziyarət edəcəyini və əl-Əqsa məscidində namaz qılacağını niyyət edir. Kral Feysəl Qüdsün müsəlmanlara qaytarılmayacağı təqdirdə bütün neft quyularının bağladılacağı ilə Qərbi hədələməyə başlayır.

1964-cü il mart ayının 29-da də kral seçilən Feysəl ölkənin inkişafı üçün bir sıra addımlar atır. 1973-ci ildə Səudiyyə hərbi qüvvələrinin yenidən ən müasir silahlarla təchiz edilməsi planını həyata keçirir. Kral Feysəl elə həmin ildə ABŞ-a və İsraili dəstəkləyən dövlətlərə ərəb neftininin ixracının dayandırılması kampaniyasına start verir. 1973-cü ildə ABŞ-ın "Time" jurnalı onu "İlin adamı" elan edir.

Kral Feysəlin ABŞ-ın o vaxtkı Xarici İşlər naziri Kisincerə dediyi sözlər hələ də öz əzəməti ilə qulaqlarda səslənir: "Bu ağacları görürsünüzmü? Atalarım, babalarım yüz illər onun barı ilə dolanmışlar. Əgər güclülər və siz düşmənimizə kömək etməyi davam etdirsəniz, biz yenidən çadırlara qayıdaraq, onlar kimi yaşamağa və neftsiz dolanmağa hazırıq".

Hakimiyyəti illərində Krallığın iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirən Kral Feysəl suvarma əkinçiliyinə və aqrar sənayeyə böyük diqqət ayırmış, sənaye və kənd təsərrüfatı sahələri üzrə sığorta şirkətlərinin təsisinə şərait yaratmışdı. Unudulmamalıdır ki, 60-cı illərin sonunda dövlətin büdcəsi iflasa uğradığı zaman ölkənin iqtisadi qüdrətini özünə qaytaran, məhz Kral Feysəl olmuşdur. Onun xidmətləri sayəsində Səudiyyə Ərəbistanı Krallığı ərəb-islam ölkələri arasında və beynəlxalq səviyyədə etibar əldə etmişdir.

Kral Feysəl ölkəsinin həm daxili, həm də xarici siyasətində "himayədarlıq", "müstəqillik", "ölkəsinin mənliyi" və "islam həmrəyliyini müdafiəetmə" kimi prinsiplərdən çıxış edirdi. O, müsəlman ölkələrini birləşdirən bir təşkilatın təsisi üçün çalışmış və bunun üçün bir sıra islam ölkələrinə səfər etmişdi. Bütün bu zəhmətlərin bəhrəsi kimi Kral Feysəl İslam Konfransı Təşkilatının yaradılmasına müvəffəq olur. Onun diplomatik səyləri nəticəsində dünyanın bir çox dövləti ilə İsrail arasındakı diplomatik əlaqələrə son qoyulur.

1975-ci il mart ayının 25-də Küveytin Neft naziri Əbdülmüttəlib əl-Kazimini Krallıq divanxanasında qarşılayan Kral Feysələ qarşı sui-qəsd həyata keçirilir. Belə ki, qardaşı oğlu Feysəl ibn Müsaid ibn Əbdüləziz Ali-Səud ona tapancadan atəş açır. Güllələrdən birinin boğazına dəyməsi və ana arteriyanı zədələməsi Kral Feysəlin ölümünə səbəb olur. Kral Feysəl ər-Riyaddakı əl-Övd qəbirstanlığında dəfn edilmişdir.

İndiyədək bu sui-qəsdin arxasında kimlərin durması qaranlıq qalır. Ancaq ehtimal olunur ki, 70-ci illərin əvvəllərindən etibarən Kral Feysəlin yürütdüyü "Qərbə neft ixracının dayandırılması" siyasəti, xüsusilə ABŞ və İngiltərə hökumətlərini bu işə sövq edə bilərdi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
410

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
499

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru