Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2014
10:15
Hacı Şahin Həsənli Fazil Mustafaya cavab verdi

“Bayram namazı bəzi ölkələrdə ayın 28-də, bəzi ölkələrdə isə 29-da qılınacaq. Bu həmin dövlətlərin yerləşdiyi ərazidən asılıdır”. 

Bu sözlər "Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli millət vəkili Fazil Mustafanın bayram günü ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Ay bir dövlətdə görünə bilər, digər dövlətdə  görünməyə bilər:  “Əminəm ki, bu il də təkcə İran və Azərbaycan iyulun 28-də bayram namazı qılmayacaq. Çünki keçən il də belə fikirlər söyləyirdilər. Amma belə olmadı”.

Deputat Fazil Mustafanın facebook səhifəsində Azərbaycanın İranın dini-mənəvi müstəmləkəsi kimi qalması iddiassı ilə çıxışına isə Hacı Şahin Həsənli belə münasibət bildirib. “Azərbaycan və İranın bayram namazını eyni gündə qılmasının müstəmləkə ilə heç bir əlaqəsi yoxdur. Aydındır ki, biz kiminsə müstəmləkəsi deyilik. Əslində, bayram namazının yalnız İran və Azərbaycanda iyulun 28-də qılınması yanlış fikirdir. Sadəcə olaraq, şəriətə müxtəlif saylı baxışlar var. Burda ayın görünməsi əsas şərtdir. Ay görünməsə orucu tutmaq lazımdır. Bu il də Şamaxı Rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə bildirib ki, ay məhz 28-dən 29-na keçən gecə görünəcək. Bu, Şamaxı Rəsədxanasının mövqeyidir. Bundan başqa, müşahidələr də aparılacaq. Amma mütəxəssislər deyir ki, bu il ayın görünmə ehtimalı çox azdır. Məsələ bundan ibarətdir. Yoxsa, kiminsə əsarətində olmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bir az da səbr etsəniz, görəcəksiniz ki, bayram namazı bir çox müsəlman ölkələrində 28-də, digərində isə 29-da qılınacaq. Bunu faciə kimi qəbul etmək doğru deyil. Azərbaycanda da rəsmi olaraq iki gün bayramdır. Təbii ki, məzhəblər arasında da fikir ayrılıqları ola bilər. Hətta eyni məzhəbdən olan din alimləri arasında da fikir ayrılıqları mümkündür”.

Qeyd edək ki, deputat Fazil Mustafa şəxsi facebook səhifəsində builki Ramazan bayramında bayram namazının Azərbaycan və İranda iyulun 28-də qılınmasına etirazını bildirib. Dünyanın hər yerində bayram namazının 28-də qılınacağına diqqət çəkən deputat, Azərbaycan və İranda bayram namazının məhz 29-da qılınmasını Azərbaycanı hələ də İranın dini-mənəvi müstəmləkəsi kimi qiymətləndirib. /Modern/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
770

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
967

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
759
Şərhlər
Momin tərəfindən 26-07-2014 07:57:38 tarixində yazıldı
Niye bir terefli?
Neden Fazil muellimin Facebookdaki yazisini tam metni ile burda yazmirsiz? Axi orda daha bawqa movzular haqda da fikir var idi? Bele cixirki siz de qerezli yazirsiz
Bahadır Əliyev tərəfindən 26-07-2014 17:39:36 tarixində yazıldı
Yaxşısını ALLAH bilir
Yaxşlsı budur hərə öz sahəsi üzrə öz işi ilə məşqul olsun.Azərbaycan dövləti hər sahədə olduğu kimi dini sahədədə inkişaf edir.Şükürlər olsun ALLAHA öz dini alimlərimiz var.Kiminsə müstəmləkəsi deyilik. Azərbaycanın hər dövrdə dini alimləri olub gələcəkdədə olacaq. Şamaxi rəsədxanası Azərbaycandadır İranda deyil.Şərı məsələlər kimlərinsə xoşuna gəlmək ücün deyil.
həbib paşa tərəfindən 28-07-2014 20:10:09 tarixində yazıldı
şərh
deputatın AZAD AZERBAYCANi başqa dövletin mustemlekesi demesi yol verilmezdir
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 10:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru