Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2014
15:02
İŞİD-in gizli Türkiyə toplantısı
Radikal qrupların iştirakı ilə İraq hökumətinə qarşı birgə fəaliyyət planı qəbul edilib

Suriya və İraqı qana bulayan İŞİD terror təşkilatı Mosul işğalından əvvəl İstanbulda toplandığı bildirilir. FaktXəbər-in "Aydınlıq" qəzetinə istinadən verdiyi məlumata görə, yığıncaq 28 fevral-2 mart tarixləri arasında keçirilib və gizli toplantıda Kürd Demokratik Partiyasından da bir nümayəndə iştirak edib. 

Məlumatda bildirilir ki, İŞİD-ə dəstək verən qruplar bu tarixlərdə Türkiyə Milli İstihabarat Təşkilatının nəzarəti müdafiəsi altında İstanbulun "Gönen" otelində gizli şəkildə toplaşaraq, bir planı əıtraflı şəkildə müzakirə ediblər. Eyni qruplar İstanbul tplantısından sonra 1 iyunda İordaniyanın paytaxtı Əmmanda da gizli şəkildə görüşərək, plan üçün düyməni basıblar. Bir həftə sonra da İŞİD Mosula girib. 

Bu qrupların keçirdiyi gizli toplantılar eyni günlərdə eyni oteldə Suriya türkmənlərinin də yığıncaq keçirməsi ilə ortaya çıxıb. Suriya Türkmən Demokratik Hərəkatının toplantısı otelin birinci mərtəbəsində, "İraq müqaviməti" adlandırılan İŞİD toplantısı isə beşinci mərtəbədə imiş. Yığıncağa İordaniya kəşfiyyat təşkilatının nümayəndəsi, keçmiş Bəəs Partiyasının yerli təşkilatları, Nəqşibəndi Hərəkatı, Ceyş əl-Mücahiddin, Ənsar əl-İslam, Ceyş əl-Tayfa əl-Mənsura, Ceyş Ənsar əl-Sunə, Kəfayib Sevra əl-İşrin, Ceyş əl-İslami və Şurayi Ənsar əl-Tövhid kimi radikal qruplaşmaların da nümayəndələri qatılıb.

Məsud Bərzani KDP kəşfiyyatından bir səlahiyyətlini də yığıncağa göndərib. İraqda şiə rəhbərliyə qarşı sünni bir bölgə yaradılmasını, sünni bölgələrin hərbi baxımdan nəzarət altına alınması və Nuri əl-Maliki rəhbərliyinin zəiflədilərək sünnilərin yenidən ön plana çıxarılması üçün planlar hazırlanıb. Bu çərçivədə İŞİD-ə dəstəyin artırılaraq, bölgədə fəaliyyətinin təmin etməsi mövzusunda razılıq əldə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
60

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
170

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
246

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
450

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
392

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
349

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 12:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru