Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2014
10:41
Olimpiya stadionuna yeni yol çəkilir

Böyükşor gölü ətrafında tikilən olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospektilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS-ə verdiyi məlumata görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510 m, qapalı hissəsi 53,4 m, eni isə 34,2 m təşkil edəcək.

“6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb. Hazırda döşəmə hissəsində armaturlanma işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq”, - deyə P.Mürsəliyev bildirib.

Qeyd edək ki, tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
306

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
451
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru