Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2014
17:20
Hacı Şahin Həsənliyə sui-qəsd hazırlayan şəxslərə hökm oxunub

FaktXəbər-in verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Nəriman Mirzəyev 14 il, Mirzəmməd Rüstəmov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ötən il noyabrın 23-də Bakıda yerləşən “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənliyə  qarşı sui-qəsd hazırlayan iki nəfərin həbs olunması haqda məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə  etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların  sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz  aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən  və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal  rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev  cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün  Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra öz ətraflarına həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında internetdə Facebook sosial  şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. 

N.Mirzəyev Cinayət Məcəlləsinin 214.2.3-cü (odlu silhadan istifadə etməklə terroeçuluq törətmə), M.Rüstəmov isə 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
265

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
470

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
459
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 16:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru