Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2014
14:35
Keçmiş İŞİD üzvündən - DƏHŞƏTLİ ETİRAFLAR
“Orada bizə İslamın qaydaları öyrədilmədi. Orada bizə öz istədikləri İslamı öyrətdilər. Ya mənimləsən, ya da düşmənim”

BBC-nin əməkdaşları İŞİD sıralarını tərk edən bir nəfərlə görüşüblər. Adının açıqlanmasını istəməyən köhnə təşkilat üzvü Azad Suriya Ordusundan başlayan mücahidliyindən İŞİD-in bütün əməllərinə qədər bir çox şey barəsində danışıb:

“İŞİD-in əməlləri hər kəsi qorxudur. Ailəm, qohumlarım hələ oradadır. Onların vəziyyətindən narahatam. İŞİD məni tapa bilməyəcəksə, ailəmi tapıb onlara zərər verəcək. Onlara qarşı olsan, öldürüləcəksən. Əgər yanlarındasansa, onlara kömək etməlisən. Bütün məsələlərdə tabe olmalı, verdikləri əmri yerinə yetirməlisən”.

İŞİD xadimi olaraq ona verilən ilk əmr şəriət hüququ dərslərinə qatılması olub. Köhnə döyüşçü bu dərslərdə öyrəniklərini belə izah edir:

“Orada bizə İslamın qaydalarını yox, öz istədikləri islamı öyrətdilər. Ya mənimləsən, ya da düşmən. Söylədikləri şeylər ağıla deyil, ruha təsir edir. Dinləyənlər də o sözlərlə həyəcanlanır, coşğuya qapılırlar. Bu, ilk mərhələdir”.

İŞİD üzvləri ikinci mərhələdə hərbi təhsi alırlar. Köhnə döyüşçü təşkilatın Suriyada tutduğu hər yeni qəsəbədə fərqli üsullar sınadığını deyir:

“İŞİD əvvəl tutduğu ərazilərdə insanlara yaxşılıqla yaxınlaşırdı. Onlara ehtiyacları olanları verirdi. Çünki bu insanlar Əsəd rejimindən çox zərər çəkmişdilər. Ancaq insanlar onları qəbul etməyə başlayanda təəccüblü şəkildə dəyişməyə başladılar, sərtləşdilər. Ya mənimləsən, ya da düşmənimizsən prinsipi başladı. Onlar arada boz bir sahə buraxmadılar”.

Onun sözlərinə görə İŞİD ələ keçirdiyi bütün bölgələrdə özünün mühafizəkar qanunlarını təqdim edir. Görünüş və geyimlərdə qatı qaydalar tətbiq olunur. Kişilər saqqal buraxmaq, qadınlar isə hər yerlərini örtən çarşab geyinmək məcburiyyətindədirlər. Bu geyim tərzini hamı qəbul etməlidir. Onların inancları ilə ziddiyyət təşkil edən hər şey yasaqlanır və dindən dönmək kimi qəbul edilir./axar

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
105

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
130

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
120

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
445

Azərbaycanda toylara icazə verildi

22

İyun
10:20
ÖLKƏ
813

Brent bahalaşıb

22

İyun
09:36
İQTİSADİYYAT
456

AMB-nin valyuta məzənnələri

22

İyun
09:12
İQTİSADİYYAT
415

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
425
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 13:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru