Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2014
12:19
Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci İllik Toplantısında iştirak edəcək

 2014-cü il 2-5 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edəcək. "Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu " devizi altında keçirilən İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Astanada beynəlxalq toplantının keçirildiyi günlərdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısına ev sahibliyi edəcək Azərbaycan Respublikasının tanıtımı məqsədiylə ayrıca pavilyon qurulacaq və “Azərbaycan günü” adlı tədbir keçiriləcəkdir.
1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-na 22 dekabr 1999-cu ildə üzv qəbul olunmuşdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
204

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
514
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru