Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2014
17:39
“Əl-Qaidə”nin hazırkı lideri Rusiyada həbs edilibmiş
Onun birlikdə həbs edilən şəxs isə Azərbaycandakı vəhhabilərin rəhbəri olub

Hazırda “Əl-Qaidə” terror şəbəkəsinə rəhbərlik edən Ayman əl-Zəvahiri 1996-cı il dekabr ayının 1-də Çeçenistana getmək istəyərkən Dağıstanın Mahaçqala şəhərində iki silahdaşı ilə birgə həbs edilibmiş. Əl-Zəvahiri saxta pasport daşıyırmış. Zəvahirinin saxta pasportda adı Abdullah İmam Məhəmməd Əmin olub. FaktXəbər-in məlumatına görə, “Wall Street Journal” qəzetinin 7/2/2002-ci il çapında yazılır ki, onlar Rusiyaya girdikdən sonra 3 saat ərzində 3 dəfə avtomobillərini dəyişmək məcburiyyətində qalıblar. Amma Rusiyanın kəşfiyyat idarəsi onları 4 saatdan sonra həbs edə bilirlər. İstintaqa cəlb edildikdən 5 ay sonra məhkəmələri keçirilir. Terrorçuların silahdaşları 5 ay müddətində təbliğat apararaq bildirirlər ki, həbs edilənlər tacirlərdir və Rusiyaya ticarət məqsədi ilə gəliblərmiş. 

Məhkəmə əsnasında da isə daha maraqlı hadisə baş verir. Belə ki, Rusiya Parlamentinin deputatı olan Nadir Xaçilayev məhkəməyə gələrək, sözügedən şəxslərin səhvən həbs edildiyini bildirir və onların tacir olduğunu söyləyir. 

Nəhayət Məhkəmə onlar haqda 6 ay həbs qərarı verir. Amma 1 ay sonra şübhəli şəkildə azadlığa buraxılırlar.

Qeyd edək ki, Nadir Xaçilayev Rusiya Dumasının deputatı olmaqla yanaşı həm də Rusiya Ədliyyə Nazirliyi tərəfindən ektstermist təşkilat sayılan Rusiya Müsəlmanları Birliyi və Sülh Fondunun Dağıstan şöbəsinin rəhbəri olub. Ona qarşı aldırılan kütləvi iğtişaş yaratmaq və silah-sursat saxlamaq ittihamı məhkəmədə sübut olunub. General-polkovnik Gennadi Troşev öz xatirələrində Xaçilayev barədə “vəhhabilərin Dağıstan lideri” və “Kador dərəsindəki separatçıların rəhbəri” kimi bəhs edib. 2002-ci ildə isə Dağıstan prokurorluğu onu hərbçilərlə dolu maşını partlatmaqda ittiham edib. 12 avqust 2003-cü ildə sui-qəsd nəticəsində öldürülüb.

Maraqlı məqam isə ondan ibarətdir ki, Əl-Zəvahiri ilə birgə həbs edilən Əhməd Səlamə Məbruk Misirdə yaradılan “İslami Cihad” terror təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri olub. Hişam Əl-Hənəvi isə yüksək peşəkarlığa malik döyüşçü imiş.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AİP İran xalqını təbrik etdi

20

İyun
12:56
SİYASƏT
243

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
361

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
338

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
347

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
463

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
532

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
699
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 20:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru