Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2014
13:12
İlahiyyatçı Hacı Şahin Həsənli xəbərdarlıq etdi

“İnsanların halal qidadan istifadə etməsi mühüm məsələdir. Hesab edirəm ki, halallıq və haramlıq prinsipial məsələdir. Mən şəxsən heç bir vəchlə bu məsələdə hansısa səhv addımın atılmasına yol vermərəm. Yəni bu proses hələ başlamasa da, prosesdə iştirak etdiyimiz təqdirdə ciddi şəkildə o məsələləri nəzarətə götürəcəyik”.
 
Aktual.az xəbər verir ki, bunu Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsi nəznində “Halal” kəsimə nəzarət etmək məqsədilə yaradılan komissiya barəsində danışarkən deyib.
 
Onun sözlərinə görə, QMİ rəhbərliyi Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə danışıqlar aparır:
 
“Hələ ki, danışıqlar gedir, amma onun nəticəsindən asılı olmayaraq QMİ-nin daxilində belə bir komissiya yaradılıb ki, insanlar ruhanilərə müraciət edəndə onlar onu araşdırıb və fikir bildirə bilsinlər. Danışıqlar müsbət nəticə verməsə də, yenə də zəng edib maraqlananlara bu haqda ətraflı bilgi veriləcək”.
 
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən onlara müraciət edən şirkətlərə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat veriləcək. Dövlət Komitəsi tərəfindən həmçinin “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
635

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
644
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru