Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2014
22:26
Toyuğu boyayaraq kənd toyuğu adıyla satanlar ifşa edildi

Masazırda qanunsuz toyuq kəsimi sexləri aşkar edilib. Abşeron rayonunun Masazır qəsəbəsində iki qeyri qanuni fəaliyyət göstərən toyuq kəsimi sexində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional idaresinin əməkdaşları tərəfindən reyd keçirilib.

Toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib. Qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayit Regional idaresinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Xidmətin əməkdaşları tərəfindən Masazır qəsəbesində üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Resulov və Fuzuli Haciyevin təsərrüfat obyektlərində reydlər aparıldı. Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edildi.melum oldu ki, həmin sexslər tərəfindən istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu adı altında satışa çıxarılıb.

Hətta təsərrüfat sahibi olan Anar Resulovda qanunsuz fəaliyyət göstərməsi bir yana özünü haqlı çıxarmağa da cəhd edərək çəkilişə də etiraz edib.

Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hemin obyektler fealiyyəti dayandırılıb və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
296

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
330

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
432

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
421

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
414

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
487
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 20:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru