Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2014
15:47
Broyler toyuq istehsal edən şirkətlər `Halal` standartı üçün müraciət edib

Azərbaycanda broyler toyuqları istehsal edən şirkətlər məhsullarına "Halal" standartı verilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib. Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Halal" sertifikatlarla bağlı müraciətləri şərh edərkən bildirb. Komtə sözçüsü şirkətin adını açıqlamayıb.

"Qafqaz Müsəlmanları İdarəsi heyvan kəsimində iştirak edə bilər"

F.Talıblı həmçnin Qafqaz Müsəlmanları İdarəsinin "Halal" standarı ilə bağlı yaratdığı işçi qrupla əməkdaşlıq imkanları barədə danışıb. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi heyvan kəsimində iştirak edə bilər.

"Onların müraciəti heyvan kəsimi ilə bağlıdır. "Halal" sertifikatı verilməzdən əvvəl təbii ki, QMİ-yə müraciət edəcəyik. Yalnız heyvan kəsimində iştirak etmək şərtilə onların prosesdə olması mümkündür."-deyə F.Talıblı vurğulayıb.

Komitə rəsmisi bildirib ki, QMİ ilə əməkdaşlıq yüksək səviyyədədir. "Biz kəsim prosesinin "Halal" standartının tələblərinə uyğunluğunu, islam qaydalarına riayət edilib-edilmədiyini müəyyən etmək üçün onların ekspertlərini dəvət etməyə hazırıq. Amma nəzərə alaq ki, "Halal" sertifikatı verilən 4 müəssisədə istifadə edilən heyvanların kəsimi xaricdə gerçəkləşir və bizim də ekspertlər xaricdə monitorinqlər aparır."

"Digər şirkətlərdə yoxlamalar aparılır"

""Halal" sertifikatı almaq üçün 9 şirkət müraciət etmişdi. Onlardan "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsalı edəcək 4 şirkət- "Hakan Foods" FF Co. LTD müəssisəsi - "Kral" və "Yeni dad" nişanlı məhsullar; "Səhliyalı" kiçik müəssisəsi - "Min bərəkət, halal nemət" nişanlı məhsullar; "M T" LTD firması - "Hacı Turqay" nişanlı məhsullar; "Zəhmət Ruzi" MMC - "SAB" nişanlı məhsullara artıq sertifikat verilib. Lakin digər şirkətlərdə yoxlamalar aparılır və sertifikat veriləcəksə, bununla bağlı açıqlamalar olacaq

Qeyd edək ki, 1 aprel tarixindən etibarən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin üzərində "Halal" sözündən istifadə edilən məhsuulların istehsalına qadağa qoyub.Modern.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru