Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2014
15:30
Suriya böhranının kökü bu həbsxanaya bağlı imiş

Suriya böhranının başlanmasının 3 ili tamam olub. Amma hələ də hamıya bu böhranın necə birdən-birə belə başlaması barədə qaranlıq düşüncələri var. FaktXəbər-in məlumatına görə, bugünlərdə ortaya çıxan yeni informasiyalar məsələlərə bir qədər aydınlıq gətirib.

Belə ki, paytaxt Dəməşqin 40 kilometrliyində yerləşən Sayd Naya zindanı bu ölkənin ən təhlükəsiz həbsxanalarında biri sayılırmış. İlk olaraq bura yoluxucu və təhlükəli xəstələrin müalicə mərkəzi kimi fəaliyyətə başlayır. 1987-ci ildə təhlükəsizlik orqanlarına verilir. 90-cı ilə kimi burada yaxalanan silahlı kommunistlər, İraq Bəəs Partiyasına bağlı olan şəxslər və Livandan olan terrorçular saxlanılır. 2003-cü ildə sözügedən həbsxanaya rəhbərlik Luy Yusif adlı şəxsə tapşırılır. Luy Yusif zindanda gərginliyi yatırmaq məqsədilə bir sıra islahatlar, o cümlədən televizor, qəzet, məhbusların öz ailə üzvləri ilə görüşməsi və bu kimi sair işlərə icazə verir.

Ancaq 2004-cü ildə İraqdan Suriyaya vəhhabi-təkfirçi cərəyanı axını başlayır. Təbii ki, yaxalanan terrorçu vəhhabilər təhlükəsizliyi daha yüksək olan Sayd Naya həbsxanasına göndərilirlər. Təkfirçilər çoxaldıqca zindanda problemlər də artmağa başlayır. Onlar digər məhbusları sıxışdırır, onlara tabelik etməyənlərə təzyiq göstərirlər. İş o yerə çatır vəhhabilər həbsxananın daxilində şəriət məhkəməsi qururlar və onlara tabe olmayanları şallaqlayırlar.

2006-cı ildə həbsxanadan 2 vəhhabi terrorçusu naməlum şəkildə qaçır. Buna görə, həbsxananın rəisi Luy Yusif vəzifəsindən azad edilərək yerinə Əlixeyr Bik gətirlir. Amma artıq durum ağırlaşıbmış. Vəhhabilər həbsxanada şübhəli fəaliyyətlər məşğul olur və gizli şəkildə təşkilatlanırlar. Nəhayət 2008-ci ildə onlar Sayd Naya həbsxanasında bunt qaldırırlar. Onlar tez bir zamanda zindanı ələ keçirirlər. Həbsxana rəisi ilə birgə bütün əməkdaşlarını girov götürürlər. Sonda isə Suriya xüsusi təyinatlıları əməliyyat keçirərək, həbsxananı yenidən təkfirçilərin əlindən geri alırlar.

Amma hər şey Suriya Kəşfiyyat İdarəsinin araşdırması zamanı üzə çıxır. Məlum olur ki, həbsxanada olduqca mütəşəkkil bir dəstə fəaliyyətdə imiş. Zindandan Suriya xüsusi xidmət orqanlarının izləyə biləmədiyi peyk telefonlar aşkarlanır. Onlar xarici kəşfiyyat orqanları ilə birbaşa əlaqə yaradaraq, təlimat alır və gələcəkdə Suriyaya qarşı hazırlanan məxfi plan üçün ciddi hazırlıq işləri görürmüşlər. Sözügedən telefon və rabitə vasitələri isə Səudiyyə Ərəbistanın kəşfiyyat orqanı tərəfindən külli miqdar rüşvət müqabilində həbsxanaya, məhbusların ailələri vasitəsilə keçirilirmiş. Araşdırma zamanı onların İngiltərə kəşfiyyat orqanları ilə də əlaqələri aşkarlanır. 2011-ci ildə Suriya böhranı başladıqdan sonra bu həbsxana və onun daxilində məhbus həyatı sürən terrorçu vəhhabilərin rolu daha da aydınlaşır. Bəlli olur ki, onlar bilərəkdən özlərini həbsxanalara  salaraq gizli fəaliyyətlərlə məşğul olublar.

Bir müddət öncə FaktXəbər-in redaksiyasına Qobustan həbsxanasında da analoji məhkəmənin qurulduğu barədə məlumat daxil olmuşdu. Məlumatı verən mənbə bildirirdi ki, həbsxanadakı vəhhabilər eynən Suriyada olduğu kimi onlara tabe olmayanları şallaqlayırlar və kifayət qədər təşkilatlanıblar. 

Bundan əlavə digər həbsxanalarda da vəhhabilərin aktiv fəaliyyətdə olduğu, öz fəaliyyət dairələrini genişləndirdiyi, bacardıqca daha çox adama nüfuz etməyə çalışdıqları deyilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
504

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 18:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru