Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2014
16:31
Dini icmalar kolbasa şirkətlərini məhkəməyə verir

Azərbaycanda "halal" sertifikatı verən ət və ət məhsulları istehsal edən şirkətlər məhkəməyə verilir. FaktXəbər-in məlumatına görə, bu barədə ölkədə fəaliyyət göstərən dini icmalar bəyanat yayıb. Bir neçə dini icma rəhbəri bununla bağlı toplantı da keçirib və həmin şirkətlərə qarşı kompaniyalara başlamaq qərarı verib. Ölkə dindarları iddia edirlər ki, Azərbaycanda "halal" adı ilə ət və ət məhsulları istehsal edən bu şirkətlər namaz əhlini aldadaraq onlara öz haram məhsullarını satıb və bu da dindarları günaha batırıb. Buna görə də, həmin şirkətlər qanunsuzluqlarına görə cavab verməlidirlər.

Məlumata görə, bir neçə dini icmanın üzvləri artıq bununla bağlı konkret qərar verib və "halal" adı ilə ət və ət məhsulları istehsal etmiş şirkətlərin siyahısını hazırlayıb. Yaxın vaxtlarda icma üzvləri həmin şirkətlər barədə məhkəməyə müraciət edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru