Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
11:05
AMEA institutunda elmi işçilərin attestasiyasına başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin attestasiyasına başlanılıb. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, əvvəlcə Elmi Şurada elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub: "Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarına uyğun olaraq AMEA bütün institutları kimi Aşqarlar Kimyası İnstitutunda da çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb. Attestasiyadan keçiriləcək işçilərin siyahısı tutulub. Müvafiq sənədlər toplanılıb. Martın 12-dən etibarən prosesə start verilib".

Akademikin sözlərinə görə, elmi işçilərin tutduqları vəzifəyə uyğun olduqlarını araşdırmaq məqsədi ilə keçirilən attestasiyada bir sıra göstəricilər qiymətləndirilir və nəzərə alınır. O qeyd edib ki, elmi işçilərin ilkin attestasiyadan sonrakı dövrdə(2009-2013-cü illər) xidməti vəzifəsinin və elmi fəaliyyətinin nəticələri, elmin müvafiq sahəsi üzrə elmi məsələlərin həllində şəxsi iştirakı və verdiyi töhfələr, informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı və təşkilatçılıq kollektivi səfərbər etmək və istiqamətləndirmək bacarığı, liderlik və ünsiyyət yaratmaq keyfiyyətləri (laboratoriya rəhbərləri üçün) əsas götürülür.

Attestasiya aprelin 5-dək davam etdiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
251

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
286

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
510
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 01:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru