Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2014
14:59
Fətullah Gülənə Mərkəzi Kəşfiyyat İdarəsi zamin durubmuş

Fəthullah Gülənin ABŞ-dan Yaşıl Kart ala bilməsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin analiz və Balkan yarımadası üzrə keçmiş mütəxəssisi Corc Fidas, keçmiş MKİ agenti və Rand Corporation məsləhətçisi Graham Fullerin Gülən üçün zamin durduğu ortaya çıxıb.

"Fövqəladə qabiliyyətləri olan xarici pedaqoq" statusu ilə Yaşıl Kart müraciəti edən Gülənin dosyesinə "təhsil, elm, ictimai təşkilat və qurumlar siyasiləşdirilməməli" yazdığı bildirilir. 

FaktXəbər-in Türkiyənin "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, 1999-cu ilin martından bu yana ABŞ-da yaşayan Fəthullah Güləni çətin vəziyyətə salacaq maraqlı bir sənəd ortaya çıxıb. 2008-ci ildə Pensilvaniya ştat Prokurorluğuna müraciət edən Gülən Yaşıl Kart istəyib. Vəkil H.Ronald Klasko tərəfindən hazırlanan Gülənin müdafiə sənədi ABŞ Vətəndaşlıq və Mühacirət Bürosu (USCIS) tərəfindən təsdiqləndikdən sonra 10 oktyabr 2008-ci il tarixində qəbul edilib. Bura qədər hər şey normaldır. Ancaq vəkil Klasko hazırladığı faylda Gülənə niyə Yaşıl Kart verilməsi lazım olduğunu bu sözlərlə ifadə edib: "Fövqəladə qabiliyyətləri olan xarici pedaqoq…" 

TƏHSİL SİSTEMİYLƏ ÖYÜNÜRMÜŞ 

Müraciət dosyesində Gülənin 1980-ci illərdə təhsil sahəsinin yaranmasını təmin edən "müasir" bir təhsil sistemindən bəhs etdiyi bildirilir. Vəkil Klasko Gülənin "müasir" təhsilə keçiddə ən əhəmiyyətli arqumentinin "İslami dəyərləri və dünyəvi olmayan təhsil fəaliyyətlərini" müdafiə etmək olduğunu söyləyib. Dosyedə Gülənin 1990-cı illərdə xaricdə yaşayan türklərin xaricilərə inteqrasiyasını yaratmaq, onlar arasında uçurumu bağlamaq üçün isə dinlərarası dialoqu müdafiə etdiyinə yer verilir. 

ƏMƏLLƏR DOSYEYƏ ZİDDİR 

Ancaq 17 dekabr əməliyyatından sonra ortaya çıxan paralel dövlətin memarı kimi göstərilən, dövlət içində dövlət yaradan, tələbə şəhərciklərində qalan tələbələri camaatın hökumətə qarşı fəaliyyətlərinə qatılmadığı üçün qovan Gülənin Yaşıl Kart dosyesindəki bəndləri tapdaladığı görünür. Dosyedə Gülənin fəaliyyətləri və təsirini heç bir şəkildə siyasi məqsəd üçün istifadə etməyəcəyinə işarə olunaraq, "Təhsilin, ictimai təşkilat və qurumların, mədəni məsələlərin və elmin siyasiləşdirilməməsi fikirinin müdafiəçisidir" ifadəsi yer alır. Yaşıl Kart müraciəti edərkən bu təminatı verən Gülənin Türkiyədə hökuməti çevirmək cəhdi, ictimai təşkilatlara paralel dövlətə xidmət edən şəxslər yerləşdirməsi kimi fəaliyyətləri bu təminatı heçə endirir. Mütəxəssislər Gülənin Türkiyədəki fəaliyyətlərinin Yaşıl Kart vizasını təhlükəyə atdığını vurğulayırlar. 

İSTİNADLARI CIA AGENTLƏRİ

Gülənin əvvəlki Yaşıl Kart tələbi Pensilvaniya ştat Prokurorluğu tərəfindən rədd edilibmiş. Prokurorluq səbəb kimi, "çox böyük ticarət dövriyyəsi olan holdinqlər tərəfindən dəstəklənən geniş və təsirli, dini və siyasi bir hərəkatın lideri" olduğu dəlillərlə göstərilib. Prokurorluq sənədlərində Gülən layihələrinin maliyyə şəriklərindən birinin də MKİ olduğu xüsusi vurğulanır. Gülənin məhkəməyə təqdim etdiyi sənədlər də əlaqəni təsdiqləyir. Gülənin sənədləri arasında Mərkəzi Kəşfiyyat İdarəsinin analiz və Balkan yarımadası üzrə keçmiş mütəxəssisi Corc Fidas, keçmiş MKİ agenti və Rand Corporation məsləhətçisi Graham Fuller, həmçinin ABŞ-ın keçmiş Türkiyə səfiri Morton Abramoviç də var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru