Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2014
14:23
Qətər və ABŞ-ın ərəb ölkələrini parçalamaq planı ifşa olunub

FaktXeber.com-un Misirin “Əl-Youmus-Sabe” qəzetinə istinadən verdiyi məlumata görə, demokratiya pərdəsi arxasında digər ölkələrin daxili işlərinə qarışaraq beynəlxalq konvensiyaları ayaq altına alan ABŞ-ın bir daha əsl siması ifşa olunub. Bu dəfə Qətər diktaturası ilə birləşən rəsmi Vaşınqton İsrailin xeyrinə olaraq ərəb ölkələrini parçalamaq planı hazırlayıb.

Məlumatda bildirilir ki, 2011-ci ilin may ayının 30-da o vaxt vəliəhd olan, hazırda isə Qətərin əmiri vəzifəsini daşıyan Təmim bin Həməd, amerikalı senator Lindsay Qraham ilə Dohada məxfi görüş keçirib. Qətər əmirinin sarayında keçirilən görüşdə bir sıra ərəb ölkələrinin bölünərək kiçik dövlətlərə parçalanması razılaşdırılıb. Bu addım 1980-cı illərdə “Yeni Yaxın Şərq” layhəsi, hazırda isə “Yeni Says Piko” adı ilə tanınan plana uyğun olaraq atılıb.

Plana əsasən, ərəb ölkələri kiçik dövlətlərə bölünməklə zəiflədiləcək, nəticə etibarilə İsrail rejimi Yaxın Şərqin ən güclü dövlətinə çevriləcək. Qəzetin yazdığına görə, Qətər plana uyğun olaraq Misiri bölmək məqsədilə 3-5 milyard dollar vəsait ayırıb. Oxşar şəkildə rəsmi Doha ABŞ-ın tapşırığı ilə Yəmən, Tunis və Liviyaya da külli miqdarda vəsait xərcləyib.


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
430

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
509

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
413
Şərhlər
pərviz salihov tərəfindən 11-04-2014 12:44:09 tarixində yazıldı
Bunu ABŞ-ın deyil, kapitalizmin bir quruluş olaraq mahiyyəti olduğunu desək, daha məniqəuyğun səslənər.
Bunu ABŞ-ın deyil, kapitalizmin bir quruluş olaraq mahiyyəti olduğunu desək, daha məniqəuyğun səslənər.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-06-2021 19:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru