Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
21:16
Qarajda saxlanılan toyuq əti Bakının kafe və dönərxanalarına satılır
Qarajda saxlanılan toyuq əti Bakının kafe və dönərxanalarına satılır

Üzünü gizlədib kameralardan qaçmağa cəhd göstərən bu şəxs 56 yaşlı Rüstəmov Lətif Əli oğludur. Lətif Rüstəmovun Binəqədi rayonu Nizami Nərimanov küçəsi, 87 ünvanında icarəyə götürdüyü qarajda Bakı şəhər baytarliq idarəsinin əməkdaşları qanunsuz fəaliyyət göstərən sex aşkar ediblər.

Sahibkar burada keyfiyyətsiz toyuq məhsullarının ətini sümüyündən ayıraraq paytaxtın müxtəlif kafe və dönərxanalarına satırmış. Qarajın içinə girən zaman isə burada adi gigiyenik qaydalara belə məhəl olunmadığı nəzərdən qaçmır. Bir tərəfdə artıq qurd içində müştəri gözləyən qalaq-qalaq toyuq ətləri, digər tərəfdə isə hələ doğranılmasını gözləyən məhsullar.

Daha 1 maraqlı məqam isə qarajın düz yanında kafenin yerləşməsidir. Toyuq məhsullarının bu obyketdə də müştərilərə satıldığı istisna edilmir. Ətraf ərazidə yaşayan sakinlər bu kafenin məhz Lətif Rüstəmovun obyekti ifşa ediləndən sonra fəaliyyətini dayandırdığını bildirdilər.

Ərazidə yoxlama aparandan sonra qarajdakı keyfiyyətsiz toyuq ətləri Bakı şəhər baytarlıq idarəsinin əməkdaşları tərəfindən müsadirə edildi. İdarədən bildirdilər ki, bu işlərlə məşğul olan işbazlara qarşı mübarizə bundan sonra da davam etdiriləcək. Mübarizənin bir növünü isə adi vətəndaşlar aparmalıdır, Lətif Rüstəmov kimi insanların sağlamlığı ilə oynayan işbazları ictmai qınaq obyektinə çevirərək. Bəlkə bu ictimai qınaq da onun kimiləri belə əməllərdən çəkindirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
380

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
488

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru