Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2014
09:15
Buludlu hava şəraiti bu gün də davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4 və gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 09:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru