Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2014
13:01
Küveytin baş müftisi: `İŞİD` Fars körfəzi ölkələri və Türkiyəyə hücuma hazırlaşır

FaktXeber.com-un Küveytin “Əl-Rəy” qəzetinə istinadən verdiyi məlumata görə, "İŞİD" (İraq və Şam İslami Dövləti) terror qruplşması körfəz ölkələri və Türkiyəyə müdaxilə etmək niyyətindədir. Bu haqda ictimaiyyətə Küveytin baş müftisi Şafi Əl-Əcmi məlumat verib. Suriyada şiələrin qətliam edilməsinə birbaşa fətva verən sözügedən müfti indi nədənsə İŞİD-in təhlükəsindən söz açaraq xəbərdarlıq edib. O, deyib: ""İŞİD"-in cəhənnəm planı və intiharçı hücumları Küveytlə məhdudlaşmayacaq. Bu alov bütün Fars körfəzi ölkələrini bürüyəcək. Dəstənin cihadla heç bir əlaqəsi yoxdur."

Müfti həmçinin qruplaşmanın Türkiyəyə daxil olmaq planlarından da danışıb: “Türkiyə də "İŞİD"-in təhlükəsindən sığortalanmayıb. Bu yaxınlarda Türkiyə hökuməti sözügedən qruplaşmaya aid 9 partlayıcı dolu maşın aşkarlayıb."

Bu arada "Əl-Nəşrə” portalının verdiyi məlumata əsasən, Küveyt parlamentinin nümayəndəsi Saleh Aşur da məclisdə çıxışı zamanı məlum təhlükədən söz açıb: "Təhlükəsizlik orqanlarının verdiyi açıqlamalara görə, Fars körfəzi ölkələrindən olan 20 min döyüşçü Küveytə girmək ərəfəsindədir. Buna görə də məsələ olduqca əhəmiyyətlidir. Küveyt və körfəz ölkələrini ciddi təhlükə ilə üzləşib."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
385

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
397

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
538

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 19:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru