Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2014
13:03
Hacı Şahin Həsənli ittihamları cavablandırdı

Bu gün mətbuatda “Sovetskidə yaşayan dindar şiələri Hacı Şahin qızışdırır” başlığı ilə xəbər yayımlanıb. Məktuba əsasən yayımlanan xəbərdə belə iddia olunur: “Camaat “Sovetski”də mitinq edir. Səbəb də budur ki, evlərini sökürlər. Həmçinin az pul verirlər. Hacı Şahindən soruşublar ki, nə edək? Fətva verib ki, mitinq edin. Həmçinin, Hacı Şahin camaata deyib ki, Ağayi Xomeyniyə şikayət məktubu yazın. “Sovetski”də yaşayan dindar şiələri Hacı Şahin qızışdırır. Deyir ki, dövlətdən haqqınızı tələb edin. Bu da Elşad İsgəndərovun qabağa çəkmək istədiyi Hacı Şahin”. 

FaktXəbər olaraq, mövzu ilə bağlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlidən münasibət öyrəndik. Xəbərin cəfəngiyat olduğunu və onun fətva vermək hüququ olmadığını bildirən ilahiyyatçı mətbuata müraciət edərək bu cür xəbərlərin yayımlamamağa çağırıb:

“Ümumiyyətlə, son dövrlər radikal cərəyanlarla bağlı tutduğumuz mövqedən, xüsusilə də Qafqaz Müsəlmanlar İdarəsinin keçirdiyi toplantıdan sonra bizim barədə bu cür cəfəngiyat xarakterli məlumatlar mətbuata ötürülür. Bu, o qədər absurd və gülməli iddiadır ki, heç şərh vermək istəmirəm. Bizim “Sovetski” məsələsində heç bir iştirakımız olmayıb. Birincisi, bizim fətva vermək səlahiyyətimiz yoxdur. Burada konkret olaraq, sosial məsələlər var. Vətəndaşlarla müvafiq qurumlar arasında məsələlər həll olunmaqdadır. İndiyənədək bizim bu prosesə heç bir müdaxiləmiz olmayıb. Şayiələrdə əsas məqsəd mənəvi baxımından nüfuzumuza xələl gətirməkdən başqa bir şey deyil. Mətbuata da müraciət edərək demək istəyirəm ki, bu tip cəfəngiyat xarakterli məlumatları, həqiqəti olmayan informasiyaları nəşr etməsinlər. Bundan öncə də müvəqqəti kəbinlə bağlı gülməli məlumatlar mətbuatda verildi. Yəqin ki, bizim fəaliyyətimiz kimlərəsə mane olur və ona görə də bu cür addımlar atılır.”  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
770

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
967

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
759
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru