Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2014
10:26
Buludlu hava şəraiti bu gün də davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verdiyi məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 11:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru