Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2014
15:35
Ukraynadakı etirazlarla bağlı ŞOK məlumat
Amerikanın sabiq maliyyə nazirinin köməkçisi gizli həqiqətləri üzə çıxardı

FaktXəbər-in verdiyi məlumata görə, Amerikanın keçmiş maliyyə nazirinin köməkçisi və eyni zamanda "The Wall Street Journal"ın icmalçısı Pol Kreyq Roberts Ukraynada baş verən etiraz aksiyalarına münasibətini açıqlayıb. Amerikalı siyasətçi Kiyevdəki aksiyaları şərh edərkən deyib ki, narazı kütləni birbaşa olaraq Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) idarə edir.

Pol Kreyq Roberts həmçinin bildirib ki, Avropa İttifaqı və ABŞ uzun müddət birgə əməkdaşlıq nəticəsində Ukraynanın müstəqilliyini məhv edərək ölkəni Qərbdən asılı vəziyyətə salmağı planlaşdırıb: "Hazırda Amerika üçün dünyada problem yaradan üç ölkə mövcuddur. Bunlar Rusiya, Çin və İrandır. Avropa İttifaqı üçün prioritet ərazisinin genişlənməsidir. Rəsmi Vaşinqton üçün isə məqsəd Ukraynanı NATO ölkəsi etməklə Rusiya ətrafında bazalarını yerləşdirməkdir. Briləşmiş Ştatlar bu problemləri aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə etmək niyyətindədir. Maraqlıdır ki, Ukrayna xalqı düşünür ki, öz azadlıqları uğrunda mübarizə aparırlar. Ancaq həqiqət budur ki, ukraynalılar sadəcə Amerika maraqları üçün özlərini qurban verirlər. Mən əvvəllər düşünürdüm ki, digər xalqlar amerikalılar kimi sadəlövh deyil. Lakin fikirlərimdə yanılmışam. Ukraynanın qərbindəki vətəndaşlar amerikalılardan daha da sadəlövhdürlər. ABŞ dövlət katibinin müavini Viktoria Nuland özü 2013-cü ilin dekabr ayında mətbuata bildirmişdi ki, rəsmi Vaşinqton Ukraynada təbliğata 5 milyard dollar xərcləyib. Ukraynadakı böhranı həll etmək elə də çətin deyil, sadəcə buna mane olan qüvvələr imkan vermirlər."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
92

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
196

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
481

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
411

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
364
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru