Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2014
12:02
`Halal` kolbasalar haram şəraitdə aşkarlanıb - SİYAHI

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Ay-Min" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Belə ki, müəssisə tərəfindən istehsal olunan "Flaqman" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Krakovskaya", "Prima", "Gülüstan", "Pəhriz", "Həvəskar" kolbasalarının və "Südlü", "Kürə" sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu, eyni anbarda saxlanıldığı və eyni nəqliyyat vasitələri ilə daşındığı aşkar olunmuşdur.

Bundan başqa, "Krakovskaya", "Prima", "Gülüstan", "Abşeron", "Azəri" "Həvəskar" kolbasalarının resepturasında məhsulun tərkibində donuz əti və piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların əvəzinə resepturada nəzərdə tutulmayan mal piyinin göstərildiyi, habelə "Südlü", "Azəri", "Bakı" və "Kürə" sosiskalarının resepturasında məhsulun tərkibində donuz əti nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların gizlədildiyi müəyyən edilmişdir.

Eyni zamanda, istehsal olunan kolbasa və sosiskaların istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulların mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi aşkarlanmışdır.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən "Ay-Min" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Şərhlər
Hüseyin Abıyev tərəfindən 07-02-2014 09:39:53 tarixində yazıldı
"Halal" kolbasalar haram şəraitdə aşkarlanıb - SİYAHI
her şeyin haram olduğu ölkede halal olar?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru