Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2014
01:45
Suriyaya gedənlər barədə sensasiya

ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper senatın Kəşfiyyat komitəsi qarşısında verdiyi hesabatda Suriyada döyüşən əcnəbilərlə bağlı sensasion açıqlama verib. 

Ceyms Klepper "Əl-qaidə" qruplarının terrorçular hazırlamaq və onları sonradan öz ölkələrinə yollamaq üçün xüsusi təlim düşərgələri Suriyada yaratdıqlarını bildirib. Klepper Suriyada Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfərin döyüşdüyünü, onların 7 minə qədərinin Avropa dövlətləri də daxil olmaqla 50 müxtəlif ölkədən olduğunu bildirib. ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, artıq Amerika və Avropa ölkələrindən olan xeyli sayda əcnəbi döyüşçü öz vətənlərinə qayıdıb. 

Suriyaya döyüşmək üçün gedənlərin qarşısını almaq üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Suriyaya gedənlərin böyük əksəriyyəti təhsil almaq, işləmək, turist və ziyarət adı ilə ölkədən çıxırlar. Onlar qanuna zidd əməl törətməyiblərsə, barəsində məhkəmə istintaqı aparılmırsa, o zaman polisin həmin şəxsi saxlamaq səlahiyyəti yoxdu. 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, Dövlət Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. 

Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağının bildirib. Suriyaya döyüşmək üçün gedənlərlə bağlı verilən fətvadan sonra bəzi radikal dini məzhəblər Qafqaz Müsəlmanları İdarəsinin belə bir fətva vermə səlahiyyəti olmadığına dair fikirlər səsləndirirlər. Din xadimləri isə hesab edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dindarların fikirlərini nəzərə alır və bu fətvalar şəriət qaydalarına əsaslanır. Ona görə də Qafqaz Müsəlmanları idarəsinin tam olaraq belə bir fətva vermə səlahiyyəti var. 

Bütün Qafqazın Şeyxi də etiraf edir ki, qurumun verdiyi bu fətvadan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə, hətta özünə qarşı da təzyiqlər olacaq. Çünki verilən bu fətva radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Dindarlar hesab edirlər ki, Azərbaycanda radikal dini cərəyanların ciddi sosial dayağı yoxdur. Onlar ölkəmizdə kiçik qruplaşma halında fəaliyyət göstərirlər və əsas məqsədləri də öz fəaliyyətlərini genişləndirməklə Azərbaycandakı dini tolerantlıq mühitinə zərbə vurmaqdır. Ekspertlər hesab edirlər ki, ona görə də radikal dini cərəyanlar ayrı- ayrı din xadimlərini hədəfə almağa cəhd edirlər. 

Suriyada daha 10 nəfər azərbaycanlı öldürüldü

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22

İyun
11:59
İQTİSADİYYAT
125

Milli Məclisin iclası başlayıb

22

İyun
11:27
HÜQUQ,HADİSƏ
150

Reuters İranın neftindən yazdı

22

İyun
11:22
DÜNYA
145

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

22

İyun
10:32
MƏNƏVİYYAT
475
Şərhlər
Aydın tərəfindən 31-01-2014 06:31:38 tarixində yazıldı
Vətəni sevin
Tam və qəti bir şəkildə qafqaz müsəlmanları idarəsinin bu təşəbbüsünü dəstəkləyir və onlardan bu işdə daha ciddi addımlar atmasını istəyir və tələb edirik . Bütün səlahiyyətli orqanlarda işə keçməlidirlər və bu yabançı firqənin Azərbaycandan təmizlənməsini tez bir zamanda həyata keçirməlidirlər . Azərbaycan xalqı bu işdə qədəm götürən hər bir qüvvəni dəstəkləməyi özünə vacib bilir və bilməlidir . Əgər bunlar bu gün nütfədə ikən boğulmasalar Azərbaycanı Suriyadanda pis günə qoymağa çalışacaqlar .
azer daqli tərəfindən 31-01-2014 09:58:19 tarixində yazıldı
suriya
allah komeyleri olsun
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2021 16:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru