Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2014
23:57
Hacı Şahin: “Suriyaya cihad adı ilə aldadılıb aparılanlar məhz cahilliklərinin qurbanı olurlar”

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) bu gün verdiyi fətvanın yerində və gözlənilən idi. Bu sözləri Məşədi Dadaş məscidinin axundu Hacı Şahin bu gün  QMİ-də keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda radikallığa yer yoxdur: “Azərbaycanda dini münasibətlər modeli, tolerantlıq mövcuddur ki, bu dəyərlər əsrlər boyu qorunub saxlanıb. Dinin səhv başa düşülməsi dinsizlikdən daha təhükəlidir. Adıçəkilən cərəyanlara gəlincə, onlar məzhəb və təriqət deyil, məhz cərəyanlardır və sevindirici haldır ki, artıq onların adının açıq şəkildə deyilməsinə başlanılıb. Azərbaycanda bəzi cərəyanlar məzhəblərarası qarşıdurma yaradır. İstər sünni, istərsə də şiə məzhəblərinin nümayəndələri bu kimi hallara qarşı mübarizə aparmalıdırlar.  Əlamətdar günlərdə sünni və şiə din xadimlərinin birgə tədbirlər keçirməsinə ciddi ehtiyac var. Bu cür tədbirlər ölkəmizdə məzhəblər arasında problemin olmadığını sübut edər. Bu gün bu fətvanın verilməsinin çox böyük xeyri var. Bizdə belə bir məlumat var ki, Suriyada insanları cinsi təcavüzə məruz qoyurlar. Radikal təriqətlər özlərindən cinsi cihad icad ediblər və bu cihad altında insanları cinsi təcavüzə məruz qoyurlar. Baş verənlər də məhz cəmiyyətin dini savadsızlığından irəli gəlir. Suriyaya cihad adı ilə aldadılıb aparılanlar məhz cahilliklərinin qurbanı olurlar. Onlar başa düşməlidirlər ki, Suriyada axıtdıqları qan hədərdir. Müsəlmana qarşı vuruşan şəhid sayıla bilməz!”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
154

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
165

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
205

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
311

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-05-2021 19:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru