Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2014
14:37
20 YANVAR HƏQİQƏTLƏRİ
Keçmiş döyüşçü Vaqif Əlisoy faciə ilə bağlı rayonda baş verənlərdən danışır

DOSYE: Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda anadan olub. 1976-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü şəkildə yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsirlərin və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsirliyindən və girovluğundan azad olunub.

NƏYƏ GÖRƏ 10-19 YANVARDA CƏBRAYILDA QIRGIN BAS VERMƏDİ?

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda komendant saatının elan edilməsindən sonra əhali arasında çaşqınlıq hökm sürürdü. Cəbrayıl rayonu həm İran, həm də Dağlıq Qarabağın Hadrut rayonunun 14 kəndi ilə həmsərhəd idi. Bu erməni kəndləri həm Ermənistanda, həm də Hadrutda yerləşən sərhəd qoşunlarının komandanlığından maddi və mənəvi dəstək alırdı. Demək olar ki, hər gün Ermənistandan vertolyotlar vasitəsilə silah və yaraqlılar daşınırdı. Cəbrayıl əhalisinin əlindəki ov tüfəngləri, məktəblərdəki təlim silahları yığışdırılmış, təpədən dırnağa qədər silahlanmış erməni-rus hərbçiləri qarşısında əliyalın qalmışdı. Həmin dövrdə sərhədlərimizi qeyrətli cəbrayıllılar, əsasən də Xalq Cəbhəsinin üzvləri qoruyurdu.
Yanvarın 14-də axşam saat 19 radələrində vertolyotlarla Cəbrayıl aeroportuna ruslardan ibarət 100 nəfərlik desant qüvvəsi atıldı. Dərhal camaatın iştirakı ilə həmin qüvvələr elə aeroportdaca mühasirəyə alındı. Desantçıların komandiri polkovnik Tixonov minlərlə əliyalın adamın gözlərindəki qəzəb və nifrətdən qorxaraq bizimlə danışıq aparmağa məcbur oldu. Cəbrayıl rayon Pois İdarəsinin vaxtkı rəisi Rəşid Məmmədov (Allah rəhmət eləsin – V.Ə), rayon ağsaqqallarından Hüsü və Zəkəriyyə kişi və mən də daxil olmaqla Xalq cəbhəsinin üzvləri danışıqlarda iştirak etdik. Onları inandırdıq ki, rayon ərazisində bir nəfər də olsun yaraqlı yoxdur, əksinə, bizim kəndlər müntəzəm olaraq erməni kəndlərindən atəşə tutulur, hücumlar təşkil edilir, evlərimiz yandırılır, mal-qara və insan oğurlanır.
Desantçıları tam inandırdıqdan sonra R.Məmmədovla birlikdə onların əsl məqsədlərini öyrənə bildik. Məlum oldu ki, desantçıların kiçik bir qrupu Cəbrayıl şəhərinə daxil olmalı, digər qrup rayon ərazisindən erməni kəndlərinə hücumlar təşkil etməli idi. Amma onların dinc əhali tərəfindən tam mühasirəyə alınması bu planlarına mane oldu. Rayon ağsaqqallarının təşəbbüsü ilə desantçılar üçün mal-qoyun kəsildi, istədikləri qədər içki tədarük edildi. İçki məclisi onlardan bəzi məlumatların alınması üçün təşkil olunmuşdu.
Hiylə öz işini görmüşdü. Komandir Tixonov məlumat verdi ki, bir neçə gündən sonra Bakı və ətraf rayonlara qoşun yeridiləcək, müqavimət göstərənlərə, xüsusilə Xalq Cəbhəsinin tanınmış üzvlərinə divan tutulacaqdır. Bu mühüm məlumat alındıqdan sonra Cəbrayıl camaatının tələbi ilə desantçılar mütəşəkkil qaydada avtobuslara mindirildi. Yolboyu keçdiyimiz kəndlərimizdə əhali yol kənarına toplaşaraq onları ləyaqətlə yola saldı. Ayrılarkən Tixonov mənə və Rəşid Məmmədova dedi:
- Mən bir zabit kimi özümün və döyüşçülərimin adından sizə minnətdaram. Bu xalq haqqında mənə və döyüşçülərimə yanlış məlumat verilmiş, sizə qarşı bütün vasitələrdən istifadə etməyi tapşırmışdılar. Mən Əfqanıstanda da belə hadisələrin şahidi olmuşam. Zabit şərəfimə and içirəm və söz verirəm ki, mənim başçılıq etdiyim dəstə tərəfindən sizə qarşı heç bir hərəkət baş verməyəcək. Ancaq bir xahişim var: Bakıdakı rəhbərliyinizə çatdırın ki, ehtiyatlı olsunlar.
Bu məlumatlar mənim tərəfimdən Xalq Cəbhəsinin İdarə Heyətinə, R.Məmmədov tərəfindən Daxili İşlər Nazirliyinə, Cəbrayıl rayon Partiya Komitəsi tərəfindən isə Mərkəzi Komitəyə çatdırıldı...

CƏBRAYILA İKİNCİ HÜCUM

Yanvarın 14-də desantcıları Hadruta yola salandan sonra rəis Rəşid Məmmədov axsam görüşməyin vacib olduğunu bildirdi. Saat 22 radələrində onun otağinda görüsduk. Çox əsəbi idi. Desantçıların komandirinin Bakı və ətraf rayonlara hücumla bağli dediklərinin AXC rəhbərliyinə catdırıb-catdırmadığımı məndən sorusdu. Məlumat verdiyimi bildirdim. Əsəbi halda dedi:
- Mənim rəhbərliyim isə məni təxribatçı hesab edir, AXC-yə işləməkdə günahlandirir, isdən azad edəcəkləri ilə hədələyir. Məni vəzifə maraqlandırmır. Təhlukə böyukdür. Bir tərəfdən bu alcaq ermənilər, bir tərəfdən də Hadrutdakı dəstə. Mənim qörxum ruslardandır. Polisin sayı azdır, cəmi 7 avtomatımız var. Hamıdan da silahları yığıblar. Bu qədər ərazini tək polisin gücü ilə qorumaq mümkün deyil, sizin köməyiniz lazimdir. Kimin ehtiyatda, gizlində silahi varsa uzə cıxarsın. Bir polis rəisi və Rəşid kimi söz verirəm ki, bir nəfər buna görə cəzalanmayacaq.
Görüşdən sonra təcili İdarə Heyətı və Müdafiə Komtəsinin iclasini kecirdik. Qərara alındı ki, səhər saat 12-də mitinq kecirib mövcud durum haqda xalqı məlumatlandıraq. Gecə ikən kəndlərə xəbər vermək ücun adamlar göndərdik.
Yanvarın 15-də rayondakı Azadlıq meydanında izdihamlı mitinq kecirdik. Gercək hadisələr izah edildi. Çixis edən ziyalılar, ağsaqqallar xalqı səfərbərliyə çağırdı. Silah əldə etmək ücün muəyyən islər görüldü. Cəbrayil kasib rayon olsa da, mərd camaat idi. İmkanlı və imkansız bütün cəbrayillılar bu işə ürəkdən qoşuldular. Mudafiə dəstələri yaradıldı ki, onlar da polislə birlikdə sərhəd kəndlərimizi qorumağa basladılar. Bildirmək istəyirəm ki, cəbrayıllıların özəl xüsusiyyətləri var. Həmişə onların qarşında bas əymişəm. Meşə çaqqalsız olmaz, deyiblər. Bızdə də belələri var idi və onlar haqqında da danışacağam. Məhz bu qeyrətli camaatın sayəsində 14 erməni kəndi azad edildı, 1993 -cü il avqust ayının 23-nə kimi Cəbrayil torpağının bir qarışına erməni və rus ayağı dəymədi.
Naxçıvan cəbhəçilərinin təşəbbüsü ilə yanvarın 16-da İranla sərhəd dirəklərinin sökulməsi məsələsi ortaya gəldi. Təşəbbüsə zənğilanlılar da qoşulmuşdu. Naxçıvanda iki generalla aparılan danışıqlar da nəticəsiz qalmişdı. KQB-nin Cəbrayil sobəsinin sədri Xaqani muəllim xəbər verdi ki, həmin generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi polkovnik Panteleyev sərhədlərin sokülməsi məsələsini müzakirə etmək ücün sizinlə görüsmək istəyir. Təhlükəli vəziyyət yaranmışdı. Görüşə hazır getmək üçün ağsaqqal və mütəxəssislərlə danışmaq lazım idi. Səhv etmək olmazdi. Naxçıvandakı bu söküntüdən KQB məharətlə istifadə etmişdi.

QƏRARGAN RƏİSİ DƏ MƏKRLİ PLANIN ÜSTÜNU AÇDI

Moskvadan gələn generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi Panteleyevlə görüsə hazır getmək ücün rayon agsaqqalları, kənd təsərrüfatı mütəxəssisləri, hərəkata rəğbəti olan olan, adlarının açıqlanmasını istəməyən bir neçə nəfərlə görüşdük. Ümumi qərar belə oldu ki, sərhəd zolağındakı torpaqların istifadəsi rayonun kənd təsərrüfatı üçün xeyirli olacaq. Ancaq bu məsələdə heç bir halda yerli əhalinin iştirakına yol vermək olmaz. Onsuz da Moskva bəhanə gəzir. Həm də ehtiyatli olmaq lazimdir, cunki İranla sərhəd kəndlərində KQB-nin güclü agentura səbəkəsi var və təxribat üçün onlardan istifadə edə bilərlər. Ona görə çalışmaq lazımdır ki, dirəklərin sökülməsini ruslar özləri həyata keçirsinlər. Eyni zamanda söküntü Qumlaq kəndindən baslanmalı idi. Çünki məşhur Xudafərin körpüləri bu ərazidə yerləşirdi ki, bunun da rəmzi mənası vardı. Həm də Milli Azadliq hərəkatının tarixinə qızil hərflərlə yazılmış məşhur Xudafərin mitinqləri bu kənddə, körpülərin yanında keçirilmişdi.
1988-ci il noyabrın 20-dən başlayan mitinqlərdə Azərbaycan həqiqətləri İrandakı azərbaycanlılar vasitəsilə butün dunyaya çatdırılmışdı. Həmin mitinqlərdə yaziçi, rəhmətlik Fərman Kərimzadə və şair Rüstəm Behrudi istirak edərək, cəbrayıllıların mubarizə əzmini yüksək qiymətləndirmislər. Göruşədə istirak edən Panteleyevlə o vaxtdan tanış idik. Sonralar 1993-cü il avqust ayının 23-ü saat 18-də Cəbrayıla hücum zamanı "Qartal"dan bizə köməyə gələn Bakı polisinə binoklla Panteleyevi göştərərək dedim:
- Diqqətlə baxın və yadda saxlayın , üstümüzə gələn erməni deyil. Bu da onların komandiri, içərisindəki qeyrətli oğlanlardan başqa, başda Yasamal polisinin rəisi “mitinq Çingiz” olmaqla Bakı pölisi də postu qoyub, bir güllə atmadan qaçdı. Biz eyni zamanda qərara aldıq ki, yanvarın 18-də mitinq keçirib əhalini məlumatlandıraq. Ayın 17-də baş tutan göruş RİK-nin sədri rəhmətlik Abasqulu Fərzəliyevin kabinetində kecirildi. Görüşdə AXC RŞ-nin sədri kimi mən, məclisin sədri Eldar Əliyev və İdarə Heyətinin üzvü Oqtay Vəliyev iştirak edirdi. Generallar bizim məqsədimizi soruşdu. Fikrimizi açıq dedik. Onlardan biri gözləmədiyimiz halda dedi:
- Gəlin gərginlikdən qaçaq. Qoyun bu işlə Panteleyev məsğul olsun, sızdən də bir nəfər nəzarət etsin.
Doğrusu, qulaqlarımıza inanmadıq. Hücuma kecmək lazım idi. Eldar dedi:
- Bura gələrkən yəqin binanın qabağındakı insanları gördünüz. Sabah biz saat 13-də mitinq kecirəcəyik. Əgər dediyiniz şərtlər pozulsa, Cəbrayıl ərazisindəki bütün sərhəd məntəqələrinə dinc yurus kecirəcəyik.
Razilaşdiq ki, bizdən bu işə Oqtay nəzarət edəcək.
Mitinq basladı. Sərhəddən gələn xəbərləri həyəcanla izləyirdik. Xəbər gəldi ki, Qumlaqda Əli adlı birisi bir dəstə adamı başına toplayaraq sərhədə hücum edib, aranı qarışdırmaq istəyib. Oqtaygil dərhal qarşısını alıblar. Sərhədçilər hər işi özləri görüb, hətta suvenir kimi tikanli məftili də Oqtaya vermisdilər. Oqtaya dedik ki, Panteleyevi də götürüb mitinqə çatsın. Öz adamlarımıza da tapşırıq vermişdik ki, sərhəddəki proseslərin fotosunu çəksinlər ki, sonralar bizə lazım olacaq. Doğrudan da bu fotolar biz həbs olunanda lazım oldu.
Mitinq iştirakçıları Oqtayğili göz yaşları və alqışlarla qarşıladı. Mitinqdən sonra Oqtay Doşulu Əlınin kababxanasında, göstərdiyi “xidmətə” görə Panteleyevə qonaqlıq verməyə getdi. Qonaqlıqdan sonra ayaq üstə dura bilməyən Panteleyevi XC-nin qərargahına gətirdi və dedi:
- Uşaqlar, bunda bəzi məlumatlar var. Bu məlumatlar desantçıların kömandirinin dediyi ilə üst-üstə düşür.
Onu yenidən danışdırdıq. Məlum oldu ki, doğrudan da Möskva məkrli plan hazırlayıb. Yaxın günlərdə ya Bakıda, ya da basqa bir yerdə qırğın planlaşdırılır. Generalların arxayın danışmaları aydın oldu. Yaxşi ki, biz də səhv etməmişdik. Ayrılanda Panteleyev:
- Biz hələ görüşəcəyik, - deyə rusca bizə dedi.
Ləngimək olmazdı. Cəbrayılın polis rəisi Rəşid Məmmədovu məlumatlandırdıq, sonra XC-nin mərkəzi qərargahına gözlənilən təhlükə haqda xəbər verdik. Qırğına bir gün qalırdı. Yanvarın 19-u gecəsi nə olacaqdsa, bunu bir Allah bilirdi.

BAKI VƏ SƏDƏRƏKDƏN DƏHŞƏTLİ XƏBƏRLƏR

Yanvarın 19-da əsas işimiz ermənilərlə sərhəd kəndlərdə və İranla sərhəd məntəqələrində vəziyyətlə maraqlanmaq oldu. Ermənilərlə sərhəddə ara-sıra atışmalar olsa da, ruslar tərəfdən heç bir hərəkət yox idi. Belə sakitlik heç də yaxşi bir şey vəd etmirdi. Bu narahatliığı AXC mərkəzi qərargahından verilən telefonoqramma daha da artırdı. Məlumat verildi ki, axşam saat 8-də AXC-nin xalqa müraciəti olacaq. Dərhal yerli radio ilə əhalini məlumatlandırdıq. Sərhədlərə diqqəti daha da artırdıq. Həmin vaxt Qarabağda Şuşa televiziyası da fəaliyyət göstərirdi. Əhali buradan Qarabağ bölgəsində bas verən hadisələr barədə obyektiv məlumat alırdı. Kanala qeyrətli jurnalist, məhrum Vidadi Bağırov rəhbərlik edirdi (onunla sonra Novoçerkassk həbsxanasında görüşdük) Az bir vaxtda Qarabağ camaatının hörmətini qazanmışdı. Evlərdə televizor olduğu halda əhali XC-nın RİK-nin binasında yerləşən qərargahı qarşısındakı Azadlıq meydanına toplaşırdı.
Hər yerdə olduğu kimi, bizdə də cəbhə rayon camaatının ümid yeri idi. Əhalinin coxluğunu nəzərə alıb televizoru meydandakı tribunaya qoyduq. Saat 19-da butun kanallarda veriliş dayandırıldı. Hamı narahat oldu. Dərhal teleqüllə ilə əlaqə saxladıq. Növbətçi Fazil (Hüseyn müəllimin öğlu) bildirdi ki, Şüşadan siqnal yoxdur. Bakıdan verilişlər Şuşa vasitəsilə verilirdi. Əlavə etdi ki, Şuşa ilə birbaşa telefon əlaqəsi də yoxdur. Çalışacaqlar ki, əlaqə yaratsınlar, hec olmasa Şuşa televiziyasının siqnallarını bərpa etsinlər. Rabitə söbəsinin müdiri rəhmətlik Mamed kişi xəbər verdi ki, Bakı və ətraf rayonlarla da əlaqə kəsilib. Narahatlığın pik nöqtəsi idi. Evlərdən, rayon mərkəzinə yaxın kəndlərdən narahat insanlar axın-axın meydana axışırdı. Artıq gecədən xeyli keçmişdi. Xəbər verdilər ki, teleqüllənin rəisi Akif (Allah rəhmət eləsin) telefonda gözləyir, özü də çox həyəcanlıdır. Telefonu göturüb Akıfin səsini eşidirəm:
- Əlisoy, dəhsətdir, dəhşət. Bakıda qan su yerinə axır. Şuşadan Vidadi 5 dəqiqə sonra efirdə olacaq. Dediyinə görə, ruslar Şuşa teleqülləsinə hücuma hazırlaşır. Şuşa camaatı onların qarşısını alır ki, Vidadi efirə çıxa bilsin. Nə deyirsən, siqnalı qəbul edək?
- Akif, dərhal siqnalı qəbul edin, - deyib izdihamın qarşısına çıxıram. Minlərlə adamın nəzərləri məndıdir. Sakitcə televizorun düyməsini basıram. Vidadi həyəcanla, tələsik danisir:
- Əzızlərim, vaxt yoxdur. Ruslar teleqüllənin həyətindədir. Efiri dayandırmaq istəyirlər. Artiq qapını sındırmağa çalışırlar. Bir qədər əvvəl sovet ordusu Bakıya dörd istiqamətdən hücum edib. Şəhərdə qan su yerinə axır. Televiziyanın enerji bloku partladılıb. Ölənlərin sayı yüzlərlədir. Artıq ruslar qapını sındırıb içəri daxil olmağa calışır. Budur, qapını sındırdılar. Efiri dayandırıram. Ehtiyatlı olun.
Yasasın, Azərbaycan! – Vidadi bunu deyib qurtaran kimi ekranda veriliş dayandı...
İndi meydandakı vəziyyəti gözlərinizin qarşısına gətirin. Sözlə ifadə etmək çətindir. Birdən kimsə Azadlıq radiosunu dinləməyi məsləhət gördu. Hardansa “VEF”radiosu gətirdilər. Gitaraçi Fərəməz də mikrafon və səsgücləndirici gətirdi (evləri bir addımlıqda idi) Mirzə Xəzər (Allah ona ömur versin, xidməti əvəzsizdir – V.Ə.) ağlaya-ağlaya Bakı dəhşətindən danışırdı. Rəhmətlik Elmira xanım və Mehdi Mehdiyev də danışdı. Ustad Bəxtiyar Vahabzadənin ürək dağlayan çıxışı və müraciəti meydanı lərzəyə gətirdi. Ay Allah, mənim bu millətim nəyə qadirmiş. Hamının Bakıda qohumları və yaxınları yaşadığından camaat cox narahat idi. Gənclər “qana qan” deyirdi. Ancaq meydanda olan ağsaqqallar onları sakitləşdirdi və bildirdilər ki, bundan ermənilər istifadə edib kəndlərə hücum edə bilər. Hamı da bununla razılaşdı.
Minlərlə adam səhəri meydanda qarşıladı. Meydandakı adamları ətraf evlərin sakinləri lazım olan hər şeylə təmin edirdi. Mahmudlu stansiyasının rəisi rəhmətlik Səfər kisi mənə zəng vuraraq, onun yanına getməyimi xahiş etdi. Bildirdi ki, Naxçıvan cəbhəçiləri dəmiryol rabitəsi ilə təcili mənimlə danışmaq istəyirlər. Dərhal Mahmudluya getdim. Səhv etmirəmsə Azəflə danışdım. Bakıda baş verənlər barədə ətraflı məlumat almaq istədi. Onlar “Azadlıq” radiosu vasitəsilə xəbər tutmuşdular. Bildirdi ki, bu gecə Sədərəyə hücum olub, olən və yaralananlar var. Məlumatı yaymağımı  xahiş etdi. (Burada bir məsələni qeyd etməliyəm ki, qeyrətli Naxçıvan camaatının və Naxçıvanın qorunmasında ilk növbədə cəbhəçilərin rolu əvəzsizdir. Çox təəssuf ki, naxçıvanlılar onların qədrini bilmədilər. Adlarını da bir-bir saya bilərəm. Sahmərdan başda olmaqla Allah hamısına rəhmət eləsin, hazırda haqq yolunda olanlara can sağlığı versin).
Mən Mahmudludan rayon mərkəzinə qayıtdım. Meydanda iynə atsaydın yerə düşməzdi. Ziyalılar, ağsaqqallar, gənclər çıxış edib hadisəyə qəzəb və nifrətini bildirir, ana-bacılar, qız-gəlinlər bir kənarda ağlaşır, ağı deyirdilər. Mikrafonu alıb Bakı və Sədərək hadisələri haqqında danışdım. Xəbər gəldi ki, gənclər Leninin yay klubunun qarşısındakı heykəlini dağıdıblar. Mən rəisin xahişi ilə uşaqlara tapşırdım ki, uçurulmuş heykəli rayon mərkəzindən uzaqlaşdırsınlar...

Hazırladı: Nəriman Mahmud

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
171

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
254

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
554
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru