Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2014
20:48
Kolbasa və sosis alanda ehtiyatlı olun
Ekspertlər məsləhət görür ki, yediyimiz hər bir məhsulun tərkibinə daxil olan inqredientlərə nəzər yetirmək vacibdir

Xaçmaz rayonu ərazisindəki meşə massivində at və eşşək cəsədlərindən ibarət qəbristanlığın aşkarlanması bir çoxlarının bu heyvanların ətindən kolbasa, sosis və digər emal müəssissələrində təhvil verilərək istifadə etməsi ehtimalını yaradıb.

Bu şüphələr əsasda alıcılarda kolbasa məmulatlarını aldıqda daha diqqətli olmağa vadar edib. Hətta bununla bağlı narahatlıq keçirən paytaxt sakinləri də var.

Nəzərə alsaq ki, kolbasa və sosislərin istehsalında tək yerli xammaldan istifadə olunmur və süfrələrimizə gələn bu ət məhsullarında həm də xarici ölkələrdən gələn donmuş ətlər istifadə olunur, bu da narahatlığımızı birə beş artırır. Hələ kolbasa məhsullarının ətdən daha ucuz olması şüphə üçün yer qomamış olmur. Amma bunun da bir açıqlaması var. Buna səbəb xaricdən gətirilən ətin yerli xanmaldan daha ucuz olmasıdır.

Standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin baş məsləhətçisi, Əkbər Əliyev: “Toyuq dərisindən, digər konservantlardan istifadə halları ilə rastlaşırıq”.

Biz azərbaycanlıların yemək menyusuna at ətindən olan məhsullar daxil deyil. Buna görə də at ətindən olan kolbasa ifadəsi belə bizdə ifrat hiss oyadır.

Ekspertlər həmçinin məsləhət görür ki, yediyimiz hər bir məhsulun tərkibinə daxil olan inqredientlərə nəzər yetirmək vacibdir. Bu tərkibi bilmək ən azı bir sıra problemlərdən bizi qorumuş olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
391

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru