Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2014
16:32
Bakıda eşşək ətindən kolbasa hazırlanır

Dünən Xaçmaz rayonunun Qımıl kəndi ərazisində 1000-dək at və eşşək cəsədi aşkar edilib. Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa və sosiska istehsalında istifadə edilir. Xüsusəndə iddialara görə, mənşəyi məlum olmayan ət məhsulları qeyri-leqal yollarla fəaliyyət göstərən sexlərdə istehsal edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı açıqlamasında paytaxtda at və eşşək ətindən məhsullar hazırlayan sexlərin olduğunu deyib.

“Biz də dəfələrlə sexlərdə monitorinqlər aparmışıq. Həmin kolbasa sexlərinə qızıl və platin səviyyəli qida təhlükəsizliyi nişanlarını vermişik. Lakin regionda 20-yə qədər kolbasa sexləri var. Onlar heç də bu tələblərə uyğun deyillər. İstisna olunmur ki, həmin kiçik sexlərdə bu cür təhlükəli ətlərdən istifadə olunur, amma ki, həmin sexlərin adalrı məlum deyil. Bilmirik ki, başqa sexlərdə hansı ətlərdən istifadə olunur”.

Birlik sədri həmçinin bildirib ki, belə sexlərdə açıq şəkildə monitorinqlər aparılmır : “Belə sexlər var. Amma həmin sexlərdə monitorinqləri müəyyən etmək çətindir. Çünki həmin monitorinqlər gizli aparılıır. Bununla bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir, dövlət qurumları bu sahədə ciddi işləməlidir. Biz tərkibi məlum olmayan ətlərin regionlardan Bakıya gətirildiyi barədə dəfələrlə dövlət orqanlarına xəbərdarlıq etmişik, amma nəticə yoxdur”.

E.Hüseynov sexlərdə yenidən araşdırmaların aparılacağını deyib./azvision

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 11:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru