Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2014
16:01
İsrail Azərbaycanda hind toyuğu əti istehsalına başlayır
İlk dəfə Şəki rayonunda sənaye quşçuluğu yaradılacaq

Azərbaycanda ilk dəfə Şəki rayonunda sənaye quşçuluğunun yaradılması nəzərdə tutulur. Ölkədə ərzaq bolluğunun yaradılması barədə Dövlət Proqramından irəli gələn məsələlərin həlli məqsədi ilə İsraildən gələn bir qrup iş adamı bu gün Şəkidə rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri ilə görüşərək gələcək birgə layihənin müzakirəsini keçirib.

Bildirilib ki, Şəkidə sənaye quşçuluq sahəsinin inkişaf etdirilməsi üçün çox böyük ehtiyat mənbələri var. Şəki eləcə də bölgə əhalisinin quş əti və yumurtaya olan təlabatını ödəmək üçün sənaye quşçuluğunun inkişaf etdirilməsi həm də yeni iş yerlərinin açılmasına kömək edəcək.

Müzakirələr zamanı qeyd edilib ki, ölkədə ilk dəfə yaradılması nəzərdə tutulan bu layihə nəticəsində illik gücü 5 min tondan artıq olan hind toyuğu əti istehsal olunacaq. Sənaye kompleksinin yaradılması xüsusən bölgədə fəaliyyət göstərən fermerlərə imkan yaradacaq ki, onlar istehsal etdikləri dənli bitkiləri, taxıl, arpa və qarğıdalını bu müəssəyə satmaqla öz maddi imkanlarını genişləndirsinlər. İsralli mütəxəssislər belə hesab edir ki, zəngin turizm potensialına malik bölgədə hind toyuqlarından hazırlanan yeməklərə yetərincə təlabat olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
30

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
125

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287

Kabilə bir neçə raket mərmisi atılıb

17

Sentyabr
10:15
DÜNYA
260
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 16:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru