Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2013
16:53
Siyavuş Novruzov: `Tövbə qapıları açıqdır, tövbə edə bilərlər`

Deputat Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtinasına və Eldəniz Quliyevin istefa qərarına münasibət bildirərkən deyib.

Milli Şuradakılar siyasi maraqları ilə deyil, özlərinin bir-birilərinə olan iddiaları əsasında istefa verirlər. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtinasına və Eldəniz Quliyevin istefa qərarına münasibət bildirərkən deyib:

"Biz əvvəl də demişdik ki, Milli Şuradakılar ümumxalq, ümumdövlətçilik maraqları deyil, şəxsi maraqlar zəminində toplaşmış insanlardır. Milli Şura adlı qurum artıq yoxdur, dağılmış bir qurumdur. Ona görə də yaxın vaxtlarda Milli Şurada heç kim qalmayacaq. Qalsa bir Cəmil Həsənli qalacaq, o da bilmirəm, kimə sədrlik edəcək, özü özünə, yoxsa başqa bir adama".

S.Novruzov əlavə edib ki, Milli Şuranın perspektivi lap əvvəldən də yox idi: "Vaxtilə biz deyəndə ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var, Rusiya qarşısında öhdəlikləri var və digər məsələlər var, bunlar təntənə ilə onun namizədliyini irəli sürürdülər, şəkilini əllərində aparmaq üçün dava edirdilər, onun salamını çatdırmaqdan ötrü növbəyə dururdular. İndi isə Rüstəm İbrahimbəyovu Rusiyanın dövlət orqanlarına, kəşfiyyat orqanlarına işləməkdə ittiham edirlər. Yəni budur bunların dostluğu. Bunların dostluğu 40 gün çəkir, yəni oğurluq, digər məsələlərdə olduğu kimi, bunların dosluğu 40 gündür və 40-dən sonra bunların hansı əqidəyə qulluq etdikləri aydın oldu".

S.Novruzov vurğulayıb ki, vaxtilə YAP-a qarşı ittihamlar səsləndirən Eldəniz Quliyev indi biz dediklərimizi təsdiq edir: "Onlar hamısı haqq yoluna gələcəklər. Tövbə qapıları açıqdır, tövbə edə bilərlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
457

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
353

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
351

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
632

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
467
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru