Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2013
23:14
Vüqar Bayramov `Şahdəniz-2` layihəsi barədə yazdı

Sabah Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Prezidenti ilə yanaşı bir sıra digər ölkələrin Prezident və Baş Nazirləri iştirak edəcəklər. İmzalanma mərasiminə eyni zamanda iqtisadçı-alim kimi mən də dəvət edilmişəm.

Qeyd edim ki, “Şahdəniz-2” investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qouluşudur. Beləcə, dünyanın ən böyük sərmayə layihəsinin imzalanmasını birbaşa və canlı müşahidə etmək imkanım olacaq. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Təbii ki, bu anlaşma yalnız Azərbaycan deyil eyni zamanda xarici neft şirkətləri və eləcə də benefisiar və transit ölkələr üçün kifayət qədər əhəmiyyətlidir.

Əvvəlla, xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanırlar. İkincisi, benfisiar ölkələr mavi qaza olan tələbatının tam və ya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birincə mərhələdə illik 10 milayrd kub metr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kub metrədək yüksəldiləcək. Üçüncüsü, transit ölkələr o cümlədən Gürsüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır.

Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir. Bakı bu qərarla Moskvanın xətrinə dəymədən Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır.

Qeyd edim ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2019-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2018-ci ildə çatacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru