Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2013
10:12
Co Bayden Ukrayna prezidentindən müxalifətlə dialoqa getməsini istəyib

FaktXəbər-in verdiyi məlumata görə, Ağ Ev başçısı Barak Obamanın köməkçisi Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçə zəng edib. Co Bayden Ukrayna dövlət başçısı ilə danışığında ABŞ hökumətinin Kiyevdə baş verənlərdən narahatlığını onun diqqətinə çatdırıb.

Barak Obamanın müşaviri həmçinin Viktor Yanukoviçdən müxalifətlə dialoqa getməsini də istəyib. Co Bayden əlavə edib ki, rəsmi Vaşinqton Ukraynanın Avropaya inteqrasiyası məsələsini tam dəstəkləyir.

21 noyabr tarixindən etibarən başlayan etiraz aksiyaları Kiyev şəhərində vəziyyəti iflic edib. Narazı kütlə soyuq hava şəraitinə baxmayaraq hökumət əleyhinə aksiyaları paytaxt küçələri və meydanlarda keçirir. Ukrayna müxalifəti əsasən Avropa meydanına toplaşaraq hökuməti istefa verməyə və növbədənkənar seçkilər keçirməyə çağırır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
209

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru