Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2013
15:26
Yaşıllıqları məhv edənlərə qarşı cəzalar sərtləşdirilir

Azərbaycanda yaşıllıqların mühafizəsinin gücləndirilməsi məqsədilə yeni qanun qəbul ediləcək.

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Yaşıllıqların mühafizə haqqında" qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Eldar İbrahimov bildirib ki, bu qanunun qəbul edilməsində başlıca məqsəd yaşıllıqları qorumaq və onların sahəsini artırmaqdır.

Qanun layihəsinin mühüm əhəmiyyət daşıdığını qeyd edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, son 10 ildə Azərbaycanda yaşıllıq ərazilər 11,4%-dən 11,8%-dək artırılıb. Bu artım 0,4% təşkil etsə də, Azərbaycan kimi yaşllığı az olan ölkə üçün çox əhəmiyyətli göstəricidir.

Onun sözlərinə görə, yaşıllıqların 10,3%-i mühafizə edilir ki, bu ərazilərdə də 9 milli park fəaliyyət göstərir. Ən böyük milli park Şahdağ Milli Parkıdır ki, bu da 130 min kv.m ərazini əhatə etməklə Cənubi Qafqazda ən böyük parkdır.

İclasda qeyd edilib ki, bu qanun Azərbaycan Respublikasında insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyəcək.

Yeni qanuna əsasən, yaşıllıqların zədələnməsi və ya məhv edilməsində, o cümlədən müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə olmadan ağac-kol bitkilərinin kəsilməsində, budanmasında və yaşıllıqların götürülməsində, yaşıllıq sahəsinin müxtəlif növ tullantılarla zibillənməsi və korlanmasında təqsirkar şəxslər qanunverciliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar. Hətta vurulmuş ziyanın ödənilməsi də yaşıllıqların zədələnməsi və ya məhv edilməsində təqsirli olan şəxsləri maddi, intizam, inzibati, və cinayət məsuliyyətindən azad etməyəcək.

"Yaşıllıqların mühafizə haqqında" qanun layihəsində qeyd edilir ki, yaşayış məntəqələrində tikinti işlərinin başlanması ilə əlaqədar müvafiq qaydada uyğun icazə olmadan yaşıllıqların yerinin dəyişdirilməsi qadağandır. Eləcə də şəhərlərdə və ya digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən, magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşılllıq sahələrində, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində bu qanunda nəzərdə tutulan qaydada icazə olmadan ağac və ya kolların zədələnməsi, kəsilməsi və ya məhv edilməsinə icazə verilmir. Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkinlərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə də məsuliyyət nəzərdə tutulur.

Qanun layihəsinin müzakirəsində iştirak edən bir sıra digər nazirlik və təşkilatların nümayəndələri də müəyyən təkilflərini irəli sürüblər. Həmçinin təklif edilib ki, ümumiyyətlə, yaşıllıq olan ərazilərdə dövlət əhəmiyyətli obyektlər daxil olmaqla heç bir tikinti aparılmasın.

Millət vəkilləri deyilən təklifləri də nəzərə alaraq qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılmasına razılıq veriblər.

Qeyd edək ki, qanun layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib./trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
194

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
478
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru