Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2013
14:01
Hacı Şahin Həsənli: `Azərbaycanda məzhəblərarası münaqişələr üçün heç bir zəmin yoxdur`

“Mənə qarşı olunan bu təhdidlər ölkədəki ictimai sabitliyi pozmaq, məzhəblərarası qarşıdurma yaratmaq məqsədi daşıyırdı. Ancaq, buna nail olmaq mümkün olmadı. Çünki, Azərbaycan həmişə tolerant ölkə olub və burada məzhəblərarası münaqişələrin çıxması üçün heç bir zəmin yoxdur”. Bu sözləri İnterazTv-yə müsahibəsində ilahiyyatçı-alim, Bakının Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, bu təhdidlər yalnız ona deyil, həm də Azərbaycan dövlətçiliyinə qarşı yönəlib.

İndiyə qədər bu cür hadisəylə rastlaşmadığını deyən Hacı Şahin Həsənli hesab edir ki, məhz onun təhdidlərin hədəfi seçilməsi fəaliyyəti ilə bağlıdır. İlahiyyatçı deyir ki, o həmişə məzhəblər arasında yaxınlıq yaratmaq, din-dövlət münasibətlərini müsbət məcrada inkişaf etdirmək üçün çalışıb.

Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Hacı Şahin Həsənliyə qarşı sui-qəsd təşkil etmək və Məşədi Dadaş məscidini partlatmaq istəyən şəxslər günlərlə məscidin ətrafında müşahidələr aparıblar. Bütün bu müddət ərzində heç bir şübhəli halla rastlaşmadıqlarını deyən din xadimi qeyd edib ki, məscidin müşahidə kameraları olsa da bu kameralara aylarla baxılmır.

Hacı Şahin sosial şəbəkələrdə təhdidlərin yayılmasından qısa müddət sonra MTN-in şübhəli şəxsləri yaxalamasını isə təqdirəlayiq hal kimi qiymətləndirib.

İlahiyyatçı həmçinin bu məsələdə dəstək göstərdiklərinə görə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinə, Qafqaz Müsəlmanları İdarəsinə, jurnalistlərə, vətəndaşlara öz təşəkkürünü də bildirib. Onun sözlərinə görə, hətta digər məzhəblərdən olan insanlar da bu müddətdə ona dəstək veriblər ki, bu da ölkəmizdəki tolerantlığın göstəricisidir.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Məşədi Dadaş məscidini partlatmaq və Hacı Şahin Həsənliyə sui-qəsd təşkil etməkdə şübhəli bilinən üç nəfər, Mirzəyev Nəriman Xosrov oğlu, Rüstəmov Mirzəhməd Şakir oğlu, Əhmədov Elxan Oqtay oğlu saxlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
270

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
475

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
464
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru