Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2013
10:07
Hacı Şahin Həsənlini terrorla hədələyənlər tutuldu
MTN "Facebook" əməliyyatı həyata keçirdi

Onlar Bakıda fəaliyyət göstərən “Məşədi Dadaş” məscidinin imam camaatı Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar ediblər. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.

MTN-in mətbuat xidmətindən daxil olan məlumata görə, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında İnternetdə «facebook» sosial şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan “əmir Fərman Çətin”in “Şeyx Mirzahmad al-Qusari”dən Azərbaycanda şiələrə qarşı “cihad” etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib. Bundan başqa, “Enekin Skayvoker” profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrıseçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı “cihad etmək haqda fətva”, təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən “Məşədi Dadaş” məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb.

Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü “Fərman Çətin” kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, “Şeyx Mirzahmad Əl-Qusari”nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.

Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişlər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə “facebook” sosial şəbəkəsində şiə təriqətinə mənsub şəxslərə qarşı “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar etmişdir. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirlərilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanmışlar. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd «Makarov MP 371» siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd «Kalaşnikov» avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 “F-1” tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd «Makarov MP 371» siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 “F-1” tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
457

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
353

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
351

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
632

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
467
Şərhlər
sebine hemidova tərəfindən 23-11-2013 09:31:21 tarixində yazıldı
Haci Sahin Hesenlini Allah qorusun
Bu iwle cox ciddi yanawin Allah qardawmizi qorusun wukur Allaha ki qansiz ve olumsuz qurtardi her wey Allahim wukur dualarmizi ewitdin Allah dovletdende razi olsun
NUREDDIN XANLAROV tərəfindən 23-11-2013 09:46:50 tarixində yazıldı
SABITLIYIN POZULMASI VE DINI ZEMINDE QARSIDURMA CEHDI
BIR MUSELMAN OLARAQ BILDIRIMKI,BU HADISENIN IKI UZU VAR,BIRI BIZ SADE MUSELMANLARIN BILMESI EHEMIYYETLI BIR UZU ISE BILMEMESI EHEMIYETLIDI.YENI BU FETVA HACIYA HEC BIR SEY EDE BILMEZ,CUNKI BIZDE ELE BIR MUHIT VARKI HER SEY HOKUMETIMIZIN NEZARETINDEDI,ALLAH HACINI SELAMET EDER INSALLAH
akwi n abdullayev tərəfindən 24-11-2013 18:38:56 tarixində yazıldı
allahin nehleti olsun vahbilere
ALLAH HACINI BIZIM BAWIMIZIN USTUNDEN ESGIK ETMESAIN INWALLAH HACIDAN YER UZUNDE 1 2 DENE QALIB ALLAHIN NEZERI DAYIM USTUNDE OLSUN MENIM GOZEL QARDAWIM
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 00:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru