Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2013
12:21
İnternetklubların və səhiyyə ocaqlarının casus yuvası olduğunu bilirdinizmi?
Qərb ölkələrinin səfirliklərinin Suriyada yaratdıqları humanitar təşkilatların iç üzü açılıb

Suriyanın yüksək çinli təhlükəsizlik nümayəndəsinin bildirdiyinə görə, ölkənin təhlükəsizlik orqanları İngiltərə Səfirliyinin müharibənin başlamasından əvvəl paytaxt Dəməşqdəki bütün hədəfləri müəyyənləşdiridiyini isbatlayan dəlillər əldə edib.
 
FaktXəbər-in məlumatına görə, bu barədə danışan zabit bildirib ki, müəyyənləşdirilən hədəflər Suriyanın paytaxtı Dəməşqdəki bütün siyasi, hərbi və təhlükəsizlik binaları ilə birlikdə bütün xəstəxanaları, məktəbləri, enerji stansiyalarını, poçt-teleqraf binaları və media orqanlarının binalarını da əhatə edir.
 
Belə bir dəlilin ilk dəfə tapılmadığına işarə edən mənbə, ABŞ və İngiltərə səfirliklərinin hadisələrdən əvvəl bəzi məhəllə və qəsəbələrdə yardım adı altında yaratdıqları müasir internet məkanları və səhiyyə ocaqlarının sonradan Suriyaya qarşı müharibədə istifadə edildiyinə diqqət çəkib.
 
Duma şəhərində xarici bir kəşfiyyat zabitinin idarə etdiyi və son model cihazlarla təchiz olunmuş əməliyyat otağı tapdıqlarını deyən təhlükəsizlik zabiti, otağın bir divarında nəhəng ekranlı televizor gördüyünü, ekranda dövlətə aid bəzi gizli ünvanlar da daxil olmaqla konkret hədəf xəritəsi yerləşdirildiyini söyləyib.
 
Bu hazırlıqların hadisələrdən təxminən ən azı beş il əvvələ təsadüf etdiyini söyləyən mənbə sözlərini belə tamamlayıb: "Əslində bunlar bilmədiyimiz bir şey deyildi, amma biz çox optimist yanaşmışıq. "Bu qədər də eləməzlər", - deyirdik. O yardım ocaqlarının həqiqətən də humanitar məqsədli ola biləcəyini düşünürdük. Səhv etmişik, həm də böyük bir səhv."

Məqalədə : nsa intelligence agence 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
75

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
175

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
262

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
466

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
403

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
359
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru