Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2013
15:17
Obamanın məxfi çadırı və ya amerikalı paranoyası
ABŞ prezidenti ilə Qəzzafi arasında oxşar cəhətlər nədi? Cavab: hər ikisi xaricə səfər zamanı çadırlardan istifadə edir

Liviya Camahiryasının mərhum lideri xarici dövlətlərə səfəri zamanı öz çadırında  yaşayırdı. Bu, hamıya məlum idi. Hər səfərdə onun müvəqqəti yaşayış məskənin şəkilləri çəkilir və KİV-də yayılırdı. Çadırlar bu şəxsin Vətənə olan sevgisinin bir növ təcəssümü idi.

Obama da xarici turneləri zamanı çadırda çox vaxt keçirir. Lakin bu, böyük sirrdir. Daha doğrusu «The New York Times» bu barədə məlumat verənə kimi sirr idi. Obamanın çadırının şəkilləri barmaqla sayılacaq qədər azdır və Qəzzafidən fərqli olaraq bura onun  qorxusunu təcəssüm etdirir. Hətta NATO üzrə yaxın müttəfiqlərində müsafirlik zamanı  Obama dinləniləcəyindən və izləniləcəyindən narahatdır.

ABŞ prezidentinin çadırı nə möhtəşəmliyi, nə də ölçüləri ilə Qəzzafininki ilə oxşar deyil. Burada məxfi mikrfafonlardan heç bir söz eşidilməsin deyə səs generatorları uğuldayır. Çadıra heç bir yerdən gün işığı belə keçmir ki, kameralar nəsə görüntüləməsin. İçəri girmək üçün Obama belini əyir, içəridə balaca kətildə əyləşir, uzanmaq barədə isə danışmağa dəyməz. Çünki çadır o qədər balacadır ki, oteldə prezident nömrəsində qurulur.

Obamanın çadırı  sadə amerikalı paranoyasını təcəssüm edir. Amerikalılar hər saniyə hamını izlədiyi üçün, - hər kəsi öz arşınları ilə ölçdüyündən, özlərinin də daim izləndiyindən qorxurlar.

Klinton administrasiyasının Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Ceyms Vulsi deyir: «Harda olmağımızdan asılı olmayaraq, həmişə hədəfdəyik» .

Obama çadırında çox vaxt keçirir: məxfi materiallar oxumaq lazımdır, çadıra get; qorunan telefon xətti ilə danışmaq lazımdır, yenə ora get. Səsboğucularla gündə bir neçə saat belə çadırda oturmaq kifayətdir ki, nəinki rəqiblərdən, hətta müttəfiqlərdən qorxmağa başlayırsan və doğrunu yalandan ayırma qabiliyyətini itirirsən.

Başlayırsan ki, guya Angela Merkelin dinlənildiyindən heç xəbərin yox imiş. Ağ Evin adıçəkilməyən sabiq məmuruna istinadən məlumat yayan Foreign Policy jurnalının ABŞ prezidentinin Amerika xüsusi xidmət orqanlarının, əsasən də Milli Təhlükəsizlik Agentliyinin xarici liderlərin dinlədiyini bilməməsinin mümkünsüzlüyü barədə məlumatını görməzlikdən gəlirsən və sair.

Maraqlıdır ki, Merkelin dinlənilməsi barədə qalmaqalın yatırılmasını almanlar nə diplomatlara, nə də siyasətçilərə həvalə etmədilər. Onlar peşəkar şəkildə elektron informasiya oğurluğu ilə məşğul olan  kəşfiyyatçıları Vaşinqtona yolladılar.

İlk baxışdan sərsəm bir şey alınır. Ancaq elə deyil. Sirr Copenhagen Post tərəfindən açıldı. Məsələ burasındadır ki, almanlar  qalmaqaldan satisfakasiya almaq, yaxud  amerikalılar tərəfindən özlərinin izlənilməsini dayandırmaq üçün istifadə etmək istəmirmişlər. Yazıqlar sən demə, kəşfiyyatlarının «14 göz» adlanan  müttəfiq qruplara aid olmasından əzab çəkirmişlər. Onlar isə  öz statuslarını «9 gözə» kimi qaldırmaq istəyirmişlər, «5 göz» qrupuna daxil olmağı isə xəyyallarına belə gətirmirlər.

Aydın olmaq üçün bildirək ki «5 göz» ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zellandiyanın elektron kəşfiyyatıdır. Qrupun içində etibarın səfiyyəsi ən yüksək, informasiya mübadiləsi isə azaddır. Ən azı 4 sonuncu göz belə hesab edir. Foreign Policy –nin dediyinə görə, birinci göz – Amerika qətiyyətlə  qərar verib: iqtisadi kəşfiyyat xəbərlərini heç kimlə, hətta «günəşinin heç bir zaman batmadığı» imperiyanın qurucuları olan britaniyalılarla da bölüşmür.

«9 göz» - «5 göz» üstəgəl Danimarka, Norveç, Niderland və Fransadır. Bur qrup daxilində informasiya mübadiləsi və etibar beşlikdəki qədər yüksək deyil.

Daha aşağıda isə «14 göz» qrupu mövcuddur: hansı ki, bura sadaladıqlarımdan əlavə, Almaniya, İsveç, Belçika, İspaniya və İtaliya da daxildir. Almanlar əlbəttə ki, inciyirlər. NATO etibarından və əməkdaşlığından  danışılır, işdə isə bir şey görünmür. Almaniya  İkinci Dünya Müharibəsi illərində faşist mehvərini təşkil eləyən qrupa salınıb.

Bəli, nədə olmasa da, məntiqdə amerikalılar pis deyil.

Obama da bilir ki, almanlar bir azdan sakitləşəcəklər. Və o bilir ki, hətta müttəfiqləirinin  yanında müsafirlikdə olarkən qonaq qəbulu və məxfi materialların oxunuşu uğultulu çadırda keçirilsə yaxşı olar. Hansı ki, ən yaxşı otelin, ən yaxşı nömrəsinin tam mərkəzində quraşdırılıb.

Paranoya olsa da, təhlükəsizdir…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Boko-Haram-ın yeni lideri məlum oldu

17

İyun
12:15
DÜNYA
92

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

17

İyun
10:54
İQTİSADİYYAT
196

Neft yenidən ucuzlaşıb

17

İyun
09:35
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

17

İyun
09:13
İQTİSADİYYAT
481

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
411

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
364
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 13:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru