Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2013
13:45
`Sevinc toyuğun acı daddığını görüb...`
Sevinc Babayevanın xalası: "Sevinc deyirdi ki, Gülər Əhmədova ilə birgə nahar edib, həmin gün evə gələndə yıxılıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verib.
 
O bildirib ki, Sevincin zəhərləndiyini eşidib: “Mənə dedilər ki, heç bir xəstəxana onu qəbul etmir. Birtəhər Semaşko Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi, ki, “Xala, məni tez burdan çıxarın, məni öldürəcəklər”. Sonra Mərkəzi Gömrük Hospitalına apardıq, bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin  çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir./APA

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
362

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
325

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
296

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
325

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
302

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
422

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
421

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
414

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
487
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 20:23





  [email protected]il.com

Valyuta.com

Рейтинг@Mail.ru