Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2013
10:35
Azərbaycan paytaxtında yeni yollar salınacaq

Azərbaycan paytaxtında 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bir sıra yeraltı keçidlər, o cümlədən yollar salınacaq.

Bunu YAP-ın saytına müsahibəsində “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək beynəlxalq oyunlarla bağlı yeni yolun tikintisi də nəzərdə tutulub. I Avropa Oyunları ilə bağlı olaraq Bakıda Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması planlaşdırılır. 

“Bundan başqa, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel “Koroğlu” metro stansiyasına qədər yolun tikintisi və s. işlər həyata keçiriləcək”, - deyə C.Qurbanov əlavə edib./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
160

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 14:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru