Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2013
10:45
Bakıda internetin sürəti azı 100 mb/s-yə çatdırılacaq

Əli Abbasov bunun "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi çərçivəsində baş tutacağını deyib

"2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur". Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bunun "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi çərçivəsində baş tutacağını vurğulayıb.

Onun sözllərinə görə, hədəflərdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi 2012-ci ildə ölkə Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanıb.

"Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur".


Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

"Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir. Bu layihəyə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə AzDataCom şəbəkəsinin yaradılması layihəsini həyata keçirən "Milli E-İdarəcilik Təşəbbüsü" uğurla icra edilmişdir. "AzDataCom" layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.

2004-cü ildən icrasına başlanılmış layihədə "AzDataCom" şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilib. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

18

May
16:56
BÖLMƏNİ DÜZ SEÇ!
325

Sabahın hava proqnozu açıqlandı

18

May
12:52
ÖLKƏ
331

Livan İsraili raketlə vurub

18

May
11:42
DÜNYA
250
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2021 06:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru